İyul 23, 2016 17:20 Asia/Baku
  • İŞİDİN vəhşincəsinə olan yeni cinayəti
    İŞİDİN vəhşincəsinə olan yeni cinayəti

Con Kerridən rəzil etiraf: "12 yaşlı uşağın başını kəsən qruplaşmaya maliyyə yardımları edirik"

Suriyada "mülayim" kimi tanıtdırılan Nureddin ən -Zengi terror qruplaşmasının 12 yaşlı fələstinli uşağın başını kəsərək amansızlıqla qətlə yetirməsi ətrafında beynəlxalq etirazlar davam etməkdədir.

Bu Terrorçu qruplaşmanın son açıqlamasında bu qanlı olayın onlara aid olmadığını və bunu edənlərin cəzalandırılacağını iddia etsə də, indiyə qədər həmin qruplaşma üzvlərindən saxlanılan və cəzalandırılan olmayıb.

 Hadisə Hələb şəhərinə yaxın Handarat kəndində baş vermişdi. Talesemiya xəstəsi olduğu bildirilən 12 yaşlı fələstinli uşaq onlarla qruplaşma üzvü tərəfindən ələ keçirilmiş və hökumət qüvvələrinə casusluq iddiası ilə vəhşilər tərəfindən amansızlıqla qətl edilmiş, daha sonra bu vəhşiliyin görüntüləri internetdə yerləşdirilmişdi.

ABŞ Dövlət Departamentinin sözcüsü Con Kirbi keçirdiyi brifinqdə öncə bu vəhşiliyin "səhvən" törədildiyini iddia etmişdi.

ABŞ dövlət katibi Con Kerri isə açıqlama verərək bu terrorçu qruplaşmaya maliyyə yardımları etdiklərini etiraf edib: "Açığı, hadisənin doğruluğu ilə bağlı suallarımız var. Əgər doğrudursa, bu qrupa yardım etməyi dayandırmağımıza səbəb ola bilər".

Aparıcı beynəlxalq insan haqları təşkilatları bu vandal qruplara yardımların dərhal dayandırıımasını tələb edir.

Teqlər