Avq 31, 2016 16:22 Asia/Baku
  • Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov
    Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov

Ölkədəki bahalaşmanın qarşısı alına biləcəkmi? - Ekspert rəyi

Hər gün ölkədə məhsulların qiyməti bahalaşır. Əhalinin gəlirlərinin azaldığı bir vaxtda qiymətlərin durmadan artması təbii ki, ciddi narahatçılıq yaradır. Qarşıdan təhsil mövsümü yaxınlaşdıqca bir çox problemlər daha qabarıq şəkildə özünün göstərəcək. Xərclərin artdığı bir vaxtda hökumətin heç bir iqtisadi, sosial islahatlara getməməsi əhalinin durumunu daha da çətinləşdirəcək.

 

Dəyərlərin verdiyi məlumata görə,Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov deyib ki, Azərbaycanda indiki durum xaotikdir: “Bir sıra ərzaq məhsullarının qiymətləri həftə ərzində ciddi olaraq artıb. Bakı şəhərində qiymət artımları fərqli marketlərdə fərqli qaydada baş versə də, hamsında bu tendensiya yaşanır. Çox təəssüflər olsun ki, indiki halda da birmənalı şəkildə bu qiymətlərin də uzun müddət bu səviyyədə dayanıqlı olacağını demək olmaz. Ölkədə kənd təsərrüfatı məhsulunun istehsalı ciddi şəkildə azalıb. Ərzaq malları istehsalında da azalmalar müşahidə olunur. Bütün bunların müqabilində isə təbii ki, idxal artıb. Bu baxımdan bir sıra məhsulların satış qiymətlərində ciddi artım var. Ölkəyə idxal edilən məhsullar xarici valyuta ilə alınır. Dolların da məzənnəsi manata nisbətdə günbəgün artır. Bu baxımdan hər dəfə idxal edilən məhsulların qiymətləri digər hissəyə nisbətdə baha başa gəlir. Bu gedişlə ölkəyə idxal edilən məhsulların həcmi artacaq. Bu da qiymətlərin ciddi şəkildə artımına səbəb olacaq. Baxmayaraq ki, dünya bazarında bəzi məhsulların qiymətində azalmalar var, bunun ölkəmizə heç bir təsiri olmur. İndiyə qədər ərzaq buğdasının qiyməti bu qədər aşağı qiymətə olmamaışdı. Eyni zamanda dünya bazarında unun da qiymətində 20%-lik azalma baş verib. Amma Azərbaycanda nə unun, nə də çörəyin qiymətində azalmalar baş verməyib. Azərbaycan demək olar ki, dünya bazarından da tədric olunub. Bu da ölkədə inhisarçılığın davam etdiyini göstərir. Bu durumda indiki vəziyyətdən fərqli nəticələr gözləmək mümkün deyil”.

Teqlər