Sen 08, 2016 06:59 Asia/Baku
  • politoloq Hikmət Hacızadə
    politoloq Hikmət Hacızadə

ABŞ və Türkiyənin İŞİD-lə bağlı razılaşması nə vəd edir? - Ekspert rəyi

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan amerikalı həmkarı Barak Obamanın Suriyanın Raqqa vilayətinin azad edilməsi ilə bağlı irəli sürdüyü təklifi ilə razılaşıb. Raqqa İŞİD-in ən əsas mərkəzidir. Obama mənə bu əməliyyatda iştirak etməyi təklif edib. Biz bu təklifə müsbət cavab verdik", - deyə Türkiyə prezidenti qeyd edib.

Dəyərlərin verdiyi  məlumata əsasən Politoloq Hikmət Hacızadə deyib ki, bu razılaşmanın kökündə Türkiyənin Suriyaya müdaxiləsinin detalları dayanır: “Düşünürəm ki, ABŞ və Türkiyə arasındakı İŞİD razılaşması kifayət qədər ciddi razılaşmadır. Bu razılaşmanın kökündə Türkiyənin Suriyaya müdaxiləsinin detalları dayanır. Türkiyədə isə Suriyada kimlərə qarşı vuruşacağı və ya kimlərə dəstək verəcəyi də bu razılaşmada öz həllini tapıb. Bu razılaşma Rusiya ilə münasibətlərə ciddi təsir edəcəyini düşünmürəm. Belə ki, Rusiya-Türkiyə münasibətləri əsasən iqtisadi müstəvilərdə inkişaf etdirilir. Qaz kəmərləri, turist axını və s. kimi məsələlərdə bu iki dövlət ciddi müttəfiqlik göstərir. Amma Suriya mövzusunda bu iki ölkə arasında razılaşma olmadı. Bu baxımdan Türkiyə İŞİD-lə mübarizəsində davamlı olacaq. Eyni zamanda İŞİD-ə maliyyə dəstəyi verən kifayət qədər ciddi ölkələr var. Amma indiki məqamda bu maliyyə dəstəyi heç nəyi dəyişə bilməz. Türkiyə nizami orduya malikdir. İŞİD isə əlində silah, xaotik irəliləmələrlə heç nəyə nail ola bilməyəcək. Məncə bu birlik İŞİD-i məhv edə bilər”.Deyerler.org

Teqlər