Sen 11, 2016 08:17 Asia/Baku
  • Bütün əməliyyat sistemləri təhlükədədir
    Bütün əməliyyat sistemləri təhlükədədir

Bütün əməliyyat sistemləri təhlükədədir

Son kəşf edilən bir virusa görə, zərərli proqramlar bütün dünyanı təhlükə altında saxlamaqdadır. Kaspersky tərəfindən kəşf edilən virus, bütün əməliyyat sistemlərini öz cənginə alıb.

 

Viruslar sadəcə kompüterlər üçün olmayıb, artıq bütün texnoloji cihazları günümüzdə öz cənginə alıb.

 

"TheHackerNews"in xəbərinə görə, zərərli proqramlara qarşı aparılan mübarizədə tanınmış şirkətlərdən olan Kaspersky, keçdiyimiz günlərdə çox təhlükəli bir virusu kəşf etdiyini açıqladı.

 

Normal viruslardan fərqli bir şəkildə, populyar əməliyyat sistemlərinə yoluxmağı bacaran virus, Windows, Android, iOS, Linux və macOSa yoluxa bilər.

 

C++ proqram dili ilə adlandırılan virus, adi virusların bütün etdiyi funksiyaları yerinə yetirmək qabiliyyətinə malikdir. Bundan əlavə, bu virusun başqa sistemlərə proqram kimi özünü göstərib daxil olması virusu digər viruslardan daha təhlükəli edir.

 

Haker ilə qurban arasındakı bağlantını AES-256 tipli şifrə ilə şifrələyən virus, hakeri tapmağıda demək olar ki, imkansız hala gətirir. Virusun isə, bugünə qədər kimlərə yoluxduğu haqqında bir məlumat olmasa da, istifadəçilərə bu virus üçün xəbərdarlıqların başlandığı bildirilib.

/Dəyrələr/

Teqlər