Sen 27, 2016 14:26 Asia/Baku
  • Mirvari Qəhrəmanlı
    Mirvari Qəhrəmanlı

Mirvari Qəhrəmanlı: “İdarələrdə qeyri-peşəkar, səhlənkar, məsuliyyətsiz insanlar işləyir”

Sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib. Hal-hazırda “Günəşli” yatağında yanğın söndürülüb.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyib ki, bu olayda da ən xoşagəlməz hal cəzasızlıq mühitinin baş alıb getməsidir: ““Günəşli” yatağında sevindirici hal budur ki, tələfat baş vermədi. Gecəyarsı verilən məlumata görə, yataqda yanğın şiddətlənmişdi. Deyilən məlumatlara görə, yanğının yaxınlığında, içində nə saxlanıldığı məlum olmayan çənlər var idi. Şahidlərin ifadələrinə görə, həmin çənlər də partlayıb. Səhər saat 09:00-da alınan məlumata görə, yanğın artıq söndürülmüşdü. İşçiləri yenidən bloklara qaytarırdılar. Bu olayda da ən xoşagəlməz hal cəzasızlıq mühitinin baş alıb getməsidir. Bu cür hal sovet vaxtında olsaydı, mütləq məsul şəxslər cəzalandırılardı. Ötən dəfə baş verən faciənı küləyin boynuna yıxıdlar. Bu dəfə isə külək yox idi. Düşünürəm ki, bu işə məsul olan şəxslər mütləq cəzalanmalıdır. Bu dəfə baş verən qəzada iqtisadi və ekoloji fəsadlar baş verib. Bu olayda SOCAR rəhbərliyi onun üçün qınanmalıdır ki, “Azneft” rəhbərliyini cəzalandırmır. Çünki, bütün neft, qaz çıxarılması prosesinə məhz bu qurum cavabdehlik daşıyır. “Azneft” rəhbərliyi cəzalanmadıqca qeyri-peşəkarlarla işəməyə davam edəcək. Ən ciddi narahatedici məqam bu cür platformalarda, idarələrdə qeyri-peşəkar, səhlənkar, məsuliyyətsiz insanların işləməsidir. Bu mütləq aradan qaldılmalıdır. Əks halda bu cür hallardan digər paltformalar da sığortalanmayıb”.

 

Deyerler.Org

Teqlər