Atambayev xəstəxanadan çıxdı
Okt 01, 2016 16:29 Asia/Baku
-
Almazbek Atambayev
Atambayev xəstəxanadan çıxdı
Qırğızıstan Prezidenti Almazbek Atambayevin Moskvadakı müalicəsi başa çatıb və xəstəxanadan çıxıb.
Bu barədə informasiyanı Qırğızıstanın Rusiyadakı səfirliyi yayıb.
Səfirlik prezidentin səhhətinin yaxşı olduğunu bildirib.
Qeyd edək ki, sentyabrın 20-də Atambayev ürək ağrılarından şikayət edib. O, dərhal İstanbuldakı xəstəxanalardan birinə yerləşdirilib. Buna görə Atambayev BMT-nin Baş Assambleyasında iştirakdan imtina edib. Daha sonra o öz xahişi ilə müalicə üçün Moskvaya göndərilib.