İraqın daha bir neçə bölgəsi İŞİD-in işğalından azad edildi
İraqın daha bir neçə bölgəsi İŞİD-in işğalından azad edildi
İraqın ordu qüvvələri ölkənin qərbində yerləşən Ənbar vilayətinin bəzi məntəqələrini İŞİD-in işğalından azad etməyə nail olub.
Parstoday xəbər verir ki, məlumatı İraqın Müdafiə Nazirliyi açıqlamasında qeyd edib.
Açıqlamada İraq qüvvələrinin İŞİD terrorçularına qarşı Ənbar vilayətinin Ramadidəki irəliləyişləri nəticəsində, Əbu Ziyab, Əbu Əli Casim və Əbu Asaf bölgələrinin işğaldan azad olduğunu bildirilib.
Nazirliyin açıqlamasında, həmçinin ordu qüvvələrinin İŞİD-ə qarşı əməliyyatlarda vətəndaşlar və dövlətin mallarını qoruduğu və onlara zərər dəymədiyi qeyd olunub.
Digər tərəfdən, koalisiyaya məxsus döyüş təyyarələri Ramadinin şimal-qərbindəki Kəbisə bölgəsində terrorçulara məxsus iki bazanı tamamilə məhv edib. Hücumda ən azı 20 terrorçunun öldüyü bildirilir.
İraq ordusunun döyüş təyyarələri terroçuların Ənbarın qərbindəki sığınacaqlarını da bombardman edib.