Ərdoğan ölkəsinin anti-müharibə tələbələrini terrorçu adlandırdı
https://azeri.sahartv.ir/radio/türkiyə-i299854-Ərdoğan_ölkəsinin_anti_müharibə_tələbələrini_terrorçu_adlandırdı
Türkiyə prezidenti şənbə günü ölkənin tanınmış universitetlərindən birində anti-müharibə tələbələrini tənqid edib və onları terrorçu adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 25, 2018 10:36 Asia/Baku
  • Ərdoğan ölkəsinin anti-müharibə tələbələrini terrorçu adlandırdı
    Ərdoğan ölkəsinin anti-müharibə tələbələrini terrorçu adlandırdı

Türkiyə prezidenti şənbə günü ölkənin tanınmış universitetlərindən birində anti-müharibə tələbələrini tənqid edib və onları terrorçu adlandırıb.

Associated Pressin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan deyib: Xain kommunist gənclər Boğaziçi Dövlət Universitetində dindar, millətçi və yerli tələbələr tərəfindən təşkil olunan tədbiri dağıtmağa çalışıblar.

Ərdoğan vəd edib ki, onlar bu universitetdən qovulacaqlar: Biz bu terrorçu gənclərə universitetlərdə təhsil almaq hüququ verməyəcəyik.

Samsun vilayətində çıxış edən Türkiyə prezidenti bu barədə araşdırmaların aparılacağını bildirib.