Ərdoğan ABŞ-ın Türkiyə tələbələrinin aksiyasına qarışmasından narahatdır
Türkiyə prezidenti ABŞ və Avropa İttifaqının Boğaziçi Universiteti tələbələrinin aksiyasında müdaxilə etməsindən narahatlıq ifadə edib.
SəhərAzəri xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və Avropa İttifaqının Boğaziçi Universiteti məsələsinə müdaxiləsi ilə bağlı deyib: "ABŞ seçkilərində baş verən hadisələr utanc verici deyildimi"?
Türkiyə prezidenti, həmçinin Fransa prezidenti Emmanuel Makronun Boğaziçi Universiteti hadisələrindən narahatlıq ifadsə etməsi ilə bağlı onun ilk olaraq, sarı jiletlilər məsələsini həll etməli olduğunu bəyan edərək, əlavə edib: "Onlar sadəcə Türkiyədə asayişi və dincliyi pozmağa çalışırlar.
Ərdoğan, həmçinin vurğulayıb: "Artıq bu hadisələri tələbələrin etirazı kimi dəyərləndirmək olmaz, yeni rektorun təyin edilməsinə qarşı çıxmaq bəhanəsi ilə Gəzi parkı hadisələrini təkrarlamaq istəyən qruplar var".