Yadigar Nəğmələr - 2 (Audio)
İranda Sasanilər dövrünün musiqisi haqqında məlumat.
İranlılar musiqi sahəsində parlaq keçmişə malikdirlər və bu mövzu tarixçilər tərəfindən geniş əks etdirilib.
Heredot İranda dini və epik musiqidən istifadə olduğuna işarə edərək bu ölkədə 2500 il bundan qabaq musiqinin mövcud olmasından söz açır və bunun üzərində təkid edibi.
Sasanilər və bu sülalənin şahları İran mədəniyyəti və incəsənəti və ələlxüsus İran musiqisinin çiçəklənməsi və inkişafına xüsusi diqqət yetirirdilər .
Ərdəşir Sasani dövründə musiqiçilər üçün xass təbəqə nəzərdə tutulmuşdur .
Bəhram Gur da musiqiyə xüsusi maraq göstərir, 400-ə yaxın çalqıçı və xanəndəni Hindistandan İrana dəvət edib, öz himayəsi altına almışdır.
Xosropərviz dövründə də Barbəd adlı musiqi ustası padişahın xüsusi musiqiçisi idi və deyilənlərə görə o ilin müxtəlif günləri üçün 360 musiqi parçası bəstələmiş və hər gün onlardan birini ifa edərmiş...