ABŞ və üç Avropa ölkəsinin XİN başçıları İranla bağlı məsləhətləşmələr aparırlar
ABŞ dövlət katibi ilə Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri virtual formatda dördtərəfli görüş keçirərək, müxtəlif məsələlər, o cümlədən İranla bağlı mövzuları müzakirə ediblər.
SəhərAzəri xəbər verir ki,"CNN"xəbər kanalının məlumatına görə, ABŞ dövlət katibi ilə Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri virtual formatda keçirilən görüşdə İranın nüvə anlaşması, koronavirus pandemiyası və iqlim dəyişikliyini müzakirə ediblər.
Fransanın xarici işlər naziri Jan-İv Led Rian da, "Entoni Blinken, Hayko Maas və Dominik Rabla İran və nüvə anlaşmasına münasibət, həmçinin regional təhlükəsizliklə bağlı mövzular ətrafında geniş müzakirələrin aparıldığını bildirib.
Bu, 2018-ci ildən bəri Atlantikin iki tərəfindəki dörd ölkənin xarici işlər nazirlərinin ilk məsləhətləşmələridir.
Britaniya baş nazirinin ofisi də bir bəyanat yayaraq, bu ölkənin baş naziri Boris Consonun ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığının baş tutduğunu və müxtəlif mövzular, o cümlədən İranın nüvə anlaşması ilə bağlı fikir mübadiləsi apardığını bildirib.
ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Cek Sullivan da ABŞ prezidenti Cozef Baydenin Fransa, Almaniya və Britaniya ilə İranın nüvə anlaşması mövzusunda danışıqlar apardığını bildirib.
İran İslam Respublikası, ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra bu anlaşmanın müddəalarına uyğun olaraq, uranı 20 faiz zənginləşdirmək də daxil bəzi fəaliyyətləri yenidən bərpa edib.
İran dəfələrlə vurğulayıb ki, ABŞ hökuməti İran xalqına qarşı tətbiq etdiyi bütün zalımcasına sanksiyaları qeyd-şərtsiz ləğv edərsə, İran da nüvə anlaşması çərçivəsindəki öhdəliklərini yerinə yetirəcəkdir.