Fev 16, 2021 13:54 Asia/Baku
  • İraqçi, Qətər Xarici İşlər Nazirinin Regional Məsələlər üzrə Xüsusi Nümayəndəsi ilə görüşüb

İran Xarici İşlər Nazirinin müavini Qətər Xarici İşlər Nazirinin Regional İşlər üzrə Xüsusi Nümayəndəsi ilə görüşüb.

SəhərAzəri xəbər verir ki, Xarici işlər naziri ilə Tehranda səfərdə olan Qətər XİN-nin regional məsələlər üzrə xüsusi nümayəndəsi Əli bin Fəhd əl-Haciri, bazar ertəsi günü İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi ilə görüşüb.

Bu görüşdə, iki ölkə arasındakı yaxşı əlaqələrə toxunan İraqçi, ikitərəfli və regional məsələlərdə məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb və əlavə edib: Bölgədəki bütün ölkələrin iştirakı ilə regional danışıqlar çərçivəsində regional təhlükəsizlik və sabitliyin yaranması, Xarici müdaxilə olmadan həyata keçirilə bilər və İran İslam Respublikası Fars Körfəzi bölgəsinin təhlükəsizliyi haqda yalnız bölgə ölkələri ilə danışıqlar aparacaq.

Qətərin regional məsələlər üzrə xüsusi nümayəndəsi Əli bin Fəhəd əl-Haciri də bölgənin ortaq taleyini əsas tutaraq bölgənin siyasi və iqtisadi inkişafına diqqət yetirmənin vacib olduğunu vurğulyıb.

Əl-Hacri, münasibətlərin ən yaxşı formasını böhranların siyasi həlli və narahatlıqların dialoq yolu ilə həll edilməsi adlandırdı və Qətərin iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində iradəsini və marağını vurğuladı.

 

Teqlər