İslam dininin elmə verdiyi dəyər və müsəlman alimlər
Avq 12, 2015 13:44 Asia/Baku
Bəzən din faktoruna elə yanaşılır ki, sanki din insanların axirəti üçün gəlib və onlara yalnız axirət məsələlərini xatırladır İnsanlara dünya həyatı barədə göstəriş vermir, elm oxumaq barədə təlimatlandırmır.
Bəzən din faktoruna elə yanaşılır ki, sanki din insanların axirəti üçün gəlib və onlara yalnız axirət məsələlərini xatırladır İnsanlara dünya həyatı barədə göstəriş vermir, elm oxumaq barədə təlimatlandırmır. Bu İslam dininə olan əks təbliğatın nəticəsidir ki, bu gün müsəlman aləmi də bu anti-İslam təbliğatının qurbanına çevrilib. Məxsusən, din düşmənləri tərəfindən yaradılan İŞİD,"Taliban","Əl-Qaidə" kimi "müsəlman" dini qruplaşmaları (əslində terror qruplaşmaları) bu gün dünyaya müsəlmanları qan tökən bir ideologiya üzvləri kimi göstərir. Bu gün təsadüfü deyildir ki, İslam dini dedikdə Qərb aləmində və inancsız kəsimin fikrində qara geyimli xanımları olan ərəb şeyxləri, yaxud əbalı-əmmaməli mollalar canlanır və yaxud İslamda çoxarvadlılıq kimi məsələlər qabardılır. Quran ayələrindən isə yalnız "kafirləri harda tutdunuzsa, öldürün...", - kimi məzmunlu ayələr oxunulur (ayəni sona kimi oxuyanda isə həqiqət bəlli olur). Halbuki, İslam dini çoxarvadlılıqdan (bu bizim mövzumuza uyğun deyil deyə işarə edib keçirik), yaxud kafir başı kəsməkdən ibarət deyil. Əgər XXI əsrdə yalnız bu mövzular qabardılırsa, deməli bu məqsədyönlü şəkildə həyata keçirilir. İslam dini elmə çox yüksək dəyər verir - alimin mürəkkəbinin bir damcısını şəhidin qanından üstün bilir. Din müqəddəslərinin elm oxumağa təkid etdikləri hədsiz çox hədis vardır. Müsəlman aləminin bu gün elmsiz olması heç də İslamın belə bir göstəriş verməsi anlamına gəlməməlidir. Müsəlman dünyası məqsədyönlü şəkildə elmsizləşdirilmə siyasəti ilə üz-üzədir. Bəzi faktlara nəzər salsaq, bu kifayətdir ki, bu siyasətin necə işlədiyini görərik. İqtisadiyyata vurulan zərbələr (hansı ki, kasıbçılıq istər-istəməz təhsilin səviyyəsini aşağı salır), əlifbanın dəyişdirilməsi kimi gedişlər elmsizləşdirmə siyasətinin sadəcə ilkin təməllərindən biridir. Məsələn, Uyğurların əlifbası son 30 ildə 4 dəfə dəyişdirilmişdir və buna oxşar siyasət vətənimizdə də həyata keçirilib. Bu yolla nəsillər arasında elmi irs qırılır və millət köksüzləşir. Yeni nəsillər öz əcdadlarının elmi irsindən yararlana bilmir və yeni əlifba ilə yazılmış 5-6 kitabdan asılı qalır. Bu 5-6 kitabı oxumuş tələbəyə ali məktəb diplomu versələr nə olar, verilməsə nə olar ?! Osmanlının süqutundan sonra Fransa Əlcazairi işğal etdi və 132 il əsarətdə saxladı.Təhsil tamam ləğv edildi və ərəbcə danışmaq yasaqlandı. Vətandaşlara yalnız fransızca danışmağa icazə verilmişdir. 132 il ərzində müsəlman xalqının təhsil baxımından nə vəziyyətə gəldiyini düşünün. Müəyyən iğtişaşlar salmaqla, yaxud din aləmini sünnı-şiə məsələləri ilə çarxalamaqla, bəziləri öz istəklərini həyata keçirirlər və nəticədə müsəlman aləmi savadsız, barbar bir kütlə kimi görünür. Bosniya, Myanma, Çeçenistan, Fələstin, Kəşmir, Tunis, Efiopiya, Somali, Sudan, Əfqanıstan, Suriya, İraq (!)... Xarici təsirlərin sayəsində hazırda siyasəti və iqtisadiyyatı çöküş vəziyyətində olan daha neçə müsəlman ölkələrini göstərək ?!.. Bəli, haqlı irad tuta bilərsiniz ki, xarici təsirdən qorunmaq üçün müsəlmanlar bir olmalı, oyuna getməməlidirlər. Əgər oyuna gedirlərsə, yenə günah müsəlmanlardadır. Bu barədə sizinlə razıyıq. Lakin əsrlər öncə ixtilafların toxumu necə məqsədyönlü şəkildə səpilibsə,bu gün ixtilaflar artıq pik səviyyəyə çatıb və demək olar ki,qarşısı alınmazdır.Ziyalı müsəlmanlar bu ixtilafları aradan qaldırmaq istəsələr belə, Qərb cəmiyyəti və bəzi qurumlar buna şərait yaradan deyillər. Çünki, bu hal baş versə, müsəlmanların yenə inkişaf dövrü başlayacaq. Necə ki, bir zamanlar düynavi elmlər üzrə əksər alimlər müsəlmanlar idi, necə ki, elmi kəşflər-ixtiralar edən müsəlmanlar idi, yenə bu tarix təkrarlana bilər və yenə bir Səlib yürüşünə ehtiyac duyulacaq ki, müsəlmanların qanı axıdılsın, başları müharibəyə qarışsın. Əgər İslam dini elm oxumağa əhəmiyyətsiz kimi yanaşırsa, necə olur ki, əsrlər öncə müsəlman alimləri dünyada məşhur idilər ?! Müsəlman elm adamlarının elə ixtiraları və elmi kəşfləri vardır ki, bu gün o ixtiralar hansısa Qərb aliminin adı ilə bağlanılır (kim olur-olsun,təki müəlman olmasın!). Elmlərin dini və dünyavi olaraq iki yerə bölünməsi və bəzi şəxslərin din alimləri roluna girərək insanlara yalniz dini elmləri öyrənməyin vacibliyini təbliğ etməsi müsəlmanların çöküşünə daha bir səbəbdir. Halbuki, İslamda ilk açılmış irimiqyaslı təhsil ocağı olan 6-cı Əhli-Beyt imami Cəfəri-Sadiqin (ə) evində təşkil etdiyi məktəbə nəzər salsaq, əksini müşahidə edərik. Əbu Hənifə, Malik bin Ənəs İmam Safii kimi sünni müctehidlərinin də təhsil aldıqları həmin məktəbdə dini və dünyəvilik anlayışları ayırd edilmədən tədris aparılmışdır. Heç təsadüfü deyildir ki, ilk kimya kitabının müəllifi də elə bu məktəbin məzunu olan Cabir ibn Həyyan (Geber) olmuşdur. Cabirin ən məhşur kitablarından biri 1672-ci ildə fransız dilinə çevrilib. Distillə, kristallaşma, ərimə, analiz və reaksiya kimi anlayışları ilk dəfə elmi şəkildə xəbər verən məhz Cabir olub. Optikanın "atası" da müsəlman olub - İbn əl-Heysəm. Platon və Evkilindin işıq şüalarını gözlə əlaqəsi haqqında nəzəriyyənin səhv olduğunu sübut etmişdir. Avropada "Alhazen" kimi məşhur olan ibn-əl Heysəm dördüncü qüvvənin tənliklərinin həlli üsullarını göstərib. Bu məsələ ilə 550 il sonra italyan riyaziyyatçısı Kardano maraqlanıb. Abbas bin Firnas Rayt qardaşlarından min il əvvəl təyyarəni kəşf etmişdir. Lakin onun kəşfinin bir nöqsanı var idi. Quyruq hissəsinin dizayn etmədiyi üçün təyyarəsi yerə enərkən qəzaya uğrayırdı. Rəngsiz şüşə, su saatı, eynək linzaları kimi ixtiralar da ona məxsusdur. Cərrahiyyənin atası Əbül-qasım əl Zəhrəvi."Kitab əl-Təsrif"in müəllifi..Bu gün xəstəxana da cərrahlar tərəfindən işlədilən bir çox alətin və sorulan cərrahi sap olan ketqutun ixtiraçısıdır. Hemofiliyanın irsi olması ideyasını irələ sürmüşdür. Cərrahi əməliyyat zamanı termokoaqulyasiyaya və damarların liqaturaya alınması metodu da ona məxsusdur. Əl-Cəzəri - fizik, mühəndis. Mühərriklərin porşent və fil saatı kəşf edən alim. Məhəmməd Xarəzmi (IX əsr) cəbr (əl-cəbr) elminin əsasını qoyub. Əbu Reyhan Buruni (X-XI əsr) Kopernikdən 500 il əvvəl yerin günəş ərtafında hərəkət etdiyini bildirib. Əl-Uqlidsi adlı riyaziyyatçı alim 950-ci ildə yazdığı bir əsərində onluq kəsr təlimlərinin əsaslarını verəndən 635 il sonra Hollandiya riyaziyyatçısı Stein onluq kəsri elmə gətirib. Alman alimi Martin Bahayından 226 il əvvəl ilk coğrafiya qlobusu Marağa rəsədxanasının mühəndisi Kəriməddin Səlmasi tərəfindən 1266-cı ildə hazırlanıb. Bundan başqa, İslam dünyasının - müsəlman aləminin İbn Sina, Həsən ibn Heysəm, Zəkəriyya Razi Əndəlosi, Əbbas İrani, Əli ibni Rizvan Misri, İbni Bətlan Bağdadi, Əbu Mənsur Herati, İbni Vəfid İspaniyayi, Masəviyyə Bağdadi, Əli ibn İsa Bağdadi, Əmmar Mosuli, İbn Rüşd Əndəlosi, Əbul Qeys Əndəlosi, İbn Hoqəl (böyük müsəlman coğrafiyaşünası) və b. kimi tanınmış elm adamları olmuşdur. Səlib yürüşlərinə qədər İslam aləmi inkişaf dövrünün çiçəklənən zamanını yaşayırdı. Hicri-qəməri tarixi ilə 215-ci ildə Bağdad şəhərində Abbasi xəlifəsi Məmunun tərəfindən bir çox rəsədxana və böyük kitabxanaya malik olan "Beytul-hikmət" adlı elmi mərkəz təsis edilmişdi. Məmun bunun üçün 200 min dinar pul sərf etmiş və orada müsəlmanların elmi əsərlərini başqa dillərə tərcümə etmək üçün bir çox alimləri toplamışdı. Doktor Qustav Loben deyirdi : "Kitab və kitabxanaların Avropa xalqları nəzərində heç bir dəyəri olmadığı və bütün kilsə və monastırlarda cəmi 500 cild dini kitab mövcud olduğu dövrdə, İslam ölkələrində kifayət qədər kitabxanalar var idi. Bağdaddakı "Beytul-hikmət" kitabxanasında 4 milyon kitab, Qahirədəki "Səltənət" kitabxanasında 3 milyon kitab, Şamdakı "Trablos" kitabxanasında 3 milyon kitab mövcud idi. O dövrdə müsəlmanların əlində olan İspaniyada təkcə bir ildə 80 minə yaxın cild kitab hazırlanırdı. Mustənsiriyyə şəhərində çox böyük və əzəmətli binası olan İslam dünyasında görünməmiş bir universitet var idi. Doktor Maks Meyerhof bele deyir : "İstanbulda 80-dan artıq kitabxana var idi ki,burda on minlərlə kitab toplanıb. Qahirədə, Dəməşqdə, Mosulda, Bağdadda və İranda bir-birindən böyük çoxlu kitabxanalar mövcuddur". Doktor Qustav Loben : "Müsəlmanların müxtəlif elmləri öyrənməyə yüksək əhəmiyyət göstərməsi, doğurdan da, çox heyrətamizdir. İslam fəthləri zamanı onlar tutduqları hər bir şəhərdə birinci olaraq məscid və mədrəsərələr inşa etdirirdilər". XII əsrin alimlərindən olan Bencamen Tuvel yazırdı ki, mən təkcə İskəndəriyyə şəhərində 20 elmi labaratoriya görmüşdüm. Bağdad, Qahirə və başqa müsəlman şəhərlərində çoxlu sayda elmi mərkəzlər, labaratoriyalar, kitabxanalar və rəsədxanalar mövcud idi. Halbuki, Avropada ilk kitabxana 400 il sonra Parisdə təsis edilmişdi". Ümumiyyətlə İslam dininin elmə verdiyi dəyərə və müsəlman aləminin alimləri haqqında çox nümunə göstərmək olar. Təəssübkeşlik etməyən şəxsə bir nümunə göstərsək belə kifayətdir. Həbib Tağı / İslamazeri