“Hadisələr zamanı insanların kimliyi aydın olar”
Həzrət Əli (ə): Dua üçün beş məqamı qənimət sayın: Quran tilavəti zamanı, azan veriləndə, yağış yağanda, Allah yolunda cihad gedişində, məzlum ah çəkəndə...
Həzrət Əli (ə):
Övladın xəstələnməsi ata-ananın günahlarının kəffarəsdidir...
Riyakarın əlamətləri var: tək olduqda tənbəldir və halsızdır, adam arasında qıvraq və şad; təriflənəndə yaxşı və cəld işləyir, tənqid olunanda tənbəlləşir...
Hər bir insanın dəyəri onun təlaşı, himməti qədər, cəsarət və gücü güzəşt və ehsanı qədər, düzlük və sədaqəti alicənablığı qədər, paklığı qeyrəti qədər dir.
Nisyə və borc götürməkdən qaçın. Bunlar qəmə səbəb olar, insanı alçaldaldar.
Yola çıxanda yaxşı yoldaş, ev alanda yaxşı qonşuya diqqətli ol.
Mömin o insandır ki, xalqın rifah və rahatlığı üçün özünə zəhmət verər, ətrafdakılar ondan amanda qalar.
Hadisələr zamanı insanların kimliyi aydın olar.
Dünyanın sonunda da imanlı insanlar olar. Fitnələr onların imanından yağış daşdan qopardığı qədər aparar. Amma onlara çox çətin olar.
İslam Peyğəmbəri (ə):
Bir gün gələr ki, Allahın dini parça-parça olar. Onlar sünnəni bidət, bidəti sünnə kimi qəbul edərlər. Böyük insanları hiyləgər, hiyləgərləri şəxsiyyət sahibi sayarlar.
Allah-Taala qəzəb, tamah, qorxu və şəhvət güc gələndə özünə nəzarət edən insanı cəhənnəm oduna haram buyurub.
Zaman gələr ki, ən çətin iş insanın öz imanını qoruması olar. O vaxt dindarlığını saxlayan sanki əlində od parçası saxlayıb.
Naməhrəm qadınla zarafat edən insan qadına dediyi hər sözə görə qiyamətdə min il həbs olunar.
İmam Sadiq (ə):
Həzrət Qaim (əc) zühur edəndə Allah onun yardımçılarının qulaq və gözünə elə bir güc verər ki, dünyanın hansı nöqtəsində olsa imamlarını görərlər.
Allah-Taala qəzəb, tamah, qorxu və şəhvət güc gələndə özünə nəzarət edən insanı cəhənnəm oduna haram buyurub.
HaqqYolu