İyun 25, 2016 17:05 Asia/Baku
  • Həzrət Əlinin (ə) şəhadəti barədə qızının xatirələri

Həzrət Əlinin (ə) şəhadəti barədə qızının xatirələri

Əllamə Məclisi Ummi Gülsümdən (s.ə) nəql edir: “Ramazan ayının 19-cu gecəsi idi. Atamın iftarı zamanı iki tikə çörək, bir qab süd və duz olan bir sinini onun qarşısına qoydum.

Namazdan ayrılan zaman iftar etmək istədi. O, diqqətlə baxdı və başını yellədi, sonra çox ağladı. Buyurdu: “Qızım! Heç fikirləşmirdim ki, qızı atasına pislik edər. Necə ki, sən mənə pislik etdin”. Dedim: “Hansı pislik, ata?” Buyurdu: “Qızım! Sinidə atanın qarşısına iki növ yemək qoyursan. Məgər istəyirsən Qiyamət gününün sabahısı Allah qarşısında dayanmağım uzun çəksin. İstəyirəm ki, qardaşım və əmim oğlu Peyğəmbərin (ə) həyatda olan zamanı davamçısı olam, onun qarşısına iki növ yemək qoymamışdılar. Qızım! O kəsin ki, yeməyi, içəcəyi, geyimi yaxşı olarsa Qiyamət günü Allah dərgahında dayanmağı uzun çəkəcəkdir.

Qızım! Dünyanın halalında hesab vardır. Haramına görə cəza. Qızım! Allaha and olsun ki, bu iki yeməkdən birini götürməsən, yemək yeməyəcəyəm. Südü götürdüm və yemək yeməyə başladı. Bir tikə çörəyi duza batırıb yedi və sonra Allaha şükür etdi. Sonra namaz qılmağa başladı. O gecəni səcdədə, rükuda və qiyamda keçirtdi. Aradabir bayıra çıxır və səmaya baxırdı. Ulduzlara baxıb deyərdi: “Allaha and olsun ki, nə mən yalan demişəm və nə də mənə yalan deyiblər. Bu, həmin vəd edilmiş gecədir”. Sonra yenə ibadətinə qayıdır və deyirdi: “Allahım! Ölümü mənə mübarək et”. O, çoxlu istiğfar edir və Peyğəmbərə (s) salavat göndərirdi. Gördüm ki, Həzrət (ə) çox nalə edir və istiğfar edir, mən də yatmadım. Dedim: “Atacan! Sizə nə olub ki, bu gecə yatmırsınız?” Buyurdu: “Qızım! Atan igidlər öldürmüş və təhlükəli meydanlara daxil olmuşdur. Heç bir zaman qorxmamışdır. Heç bir gecə, bu gecədə olduğu kimi qəlbimə qorxu düşməmişdi”. Sonra buyurdu: “İnnə lillah və innə ileyhi raciun”. Dedim: “Atacan! Niyə gecənin əvvəlindən ölüm xəbərini verirsən?” Buyurdu: “Qızım! Əcəl yaxınlaşıb”. Ummi Gülsüm (s.ə) deyir: “Bu sözləri eşidən zaman ağladım”. Buyurdu: “Ağlama! Bu sözləri Peyğəmbərin (s) mənə dediyinə görə dedim”. Sonra bir qədər uzanıb, mürgülədi. Gözünü açıb, dedi: “Qızım! Azan vaxtı yaxınlaşanda xəbər et”. Mən azanın vaxtını gözləyirdim və vaxt gəlib çatanda içərisində su olan qabla onu yanına gəldim.  Oyatdım, durub dəstəmaz aldı. Paltarını geyindi və qapını açdı. Evin həyətinə getdi. Həyətdə qardaşım Hüseynə (ə) bağışlanmış qazlar var idi və onlar heç bir zaman səslərini çıxartmazdılar. Bu zaman onlar cığ çəkib, qanad çalmağa başladılar”.

İmam Səccad (ə) nəql edir: “O zaman ki, məlun ibni Mulcəm Əli ibni Əbitalibi zərbətləyir, onun yanıda bir nəfər də vardı. Ancaq onun zərbəsi divara dəyir. İbni Mulcəm Həzrətə səcdədə olan zaman zərbə vurur və başına dəyir”.

Əllamə Məclisi Lut ibni Yəhyadan nəql edir: “İmam zərbəni hiss edən zaman nalə çəkmədi, səbir etdi. Allahın hesabına buraxdı. Üzü üstə düşdü və yanında heç kim yox idi. Zəccənin səsini eşidən zaman məsciddə olan hər kəs ona tərəf qaçır. Hamısı bir-birinə qarışır və hadisənin şiddətindən nə edəcəklərini bilmirlər. İmamı (ə) əhatə edirlər. Başını parça ilə bağlayırlar. Qanı üzünə və saqqalına axırdı. Buyurdu: “Bu, odur ki, Allah və Peyğəmbəri (s) vədd etmişdilər. Allah və Rəsulu düz deyirdilər”.

İnsanlar Kufə məscidinə daxil olurdular. İmam Həsəni (ə) gördüm ki, atasının başını dizinin üstünə qoymuşdu. Qanı yumuşdu və başını bağlamışdı. Ancaq qan yenə də axırdı. Ağ rəngi get-gedə saralırdı. Gözünün küncündən göyə baxırdı. Dilini Allaha təsbihə açır və deyir: “Səndən istəyirəm, ey Böyük Allah!”. İmam Həsən (ə) görür ki, atası huşdan gedir. Bu zaman çox ağlayır və onun üzünün və gözlərinin arasıdakı səcdə yerini öpməyə başlayır. Göz yaşları İmam Əlninin (ə) üzünə səpilirdi. Gözünü açır və onu ağlar görür. Buyurur: “Oğlum! Bu göz yaşı nə üçündür? Bundan sonra atana görə nigaran qalma. Bu cəddin Muhəmməd Mustafa (s), bunlar Xədicə (s.ə). Fatimə (s.ə), behişt hurilərdir ki, hamısı halqa vurmuş və atanın intizarındadırlar. Rahat ol və gözün aydın olsun! Ağlamaqdan əl çək ki, mələklərin nalə səsi səmaya ucalmışdır. Oğlum! Atana görə dözümsüzlük edirsən. Halbuki, sabah məndən sonra məzlum və zəhərlənmiş halda öldürüləcəksən. Qardaşın da qılıncla öldürüləcəkdir. Cəddinizə, atanıza və ananıza qovuşacaqsınız”.

 

(Tebyan/ Deyerler.org)

Teqlər