Avq 15, 2016 12:04 Asia/Baku
  • Eşqlə məhəbbətin fərqi nədədir?
    Eşqlə məhəbbətin fərqi nədədir?

Eşqlə məhəbbətin fərqi nədədir?

Eşq, məhəbbətdən də uca bir məhfumdur. Hər bir insanda məhəbbətin zəminələri olar. Ancaq eşq elə bir haldır ki, insanı adi məhəbbət halından xaric edər, yuxusunu və iştahasını ondan alar. Bütün diqqəti məşuqda olar. Onu hər şeydən uzaqlaşdırar və diqqəti ancaq məşuqunda olar. Belə ki, onun hər şeyi məşuqu olar.

İnsanlar gərək eşqin yerini yaxşı bilsinlər. Bilsinlər ki, nəyə eşq bəsləyə bilərlər. “Nəhcul-bəlağə”nin nəzərinə görə məhəbbət də, eşq də İlahi halal çərçivəsində olmalıdır. Haram sərhədlərindən uzaq olmalıdır. İmam Əli (ə) buyurur: “Həqiqətən, behişt çətin işləri yerinə yetirməkdə, cəhənnəm atəşi isə şəhvətin sayəsindədir”.

Hədislərin birində oxuyuruq ki, ən fəzilətli insan o kəsdir ki, ibadətə aşiq olar və eşqlə ibadət edər. Əllamə Məclisi bu hədisdən sonra buyurur: “Bəzən xəyal olunur ki, eşq batil işlərə əlaqə göstərməyə aiddir. Ona görə də Allaha əlaqə göstərməkdə istifadə olunmur. Ancaq bu hədis, bu deyilənlərin əksinədir. O şey ki, məzəmmət olunur – cismi, heyvani və şəhvani eşqdir. O şey ki, mədh olunur – ruhani və insani eşqdir. Birinci növ eşq fanidir, aradan gedər. İkinci növ eşq isə əbədi və davamlıdır”.

İmam Əli (ə) buyurur: “Hər kim bir şeyə nalayiq eşq bəsləyər – onu kor edər, ürəyini xəstə edər, xəstə gözü ilə baxar və xəstə qulağı ilə eşidər. Nəfsani istəklər ağıl pərdəsini cırar və dünya sevgisi qəlbini öldürər. Dünyaya ixtiyarsız məftun olar və onun qulu olar. O kəsin qulu olar ki, dünyadan nəyisə əlində vardır. Dünya hansı tərəfə dönsə, o da dönər. Hər nə qədər xəbərdarlıq etsələr də, Allahdan qorxmaz”.

İmam Əli (ə) başqa yerdə buyurur: “Əgər həvəsinə itaət etsən, səni kor və kar edər. Qayıdacağın yeri (Qiyaməti) məhv edər və səni həlak edər”.

İmam Əli (ə) buyurur: “Hava və həvəs, korluğun (göz və qəlb) şərikidir”.

 

/Deyerler.org/

Teqlər