Sen 06, 2016 17:05 Asia/Baku
  • İslam İnqilabının  Böyük Rəhbərinin Həcc mərasimi ilə bağlı bəyanatı +(Audio)
    İslam İnqilabının Böyük Rəhbərinin Həcc mərasimi ilə bağlı bəyanatı +(Audio)

İslam İnqilabının Böyük Rəhbərinin Həcc mərasimi ilə bağlı bəyanatı +(Audio)

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei Böyük Həcc Konqresi münasibəti ilə bir müraciətdə buyurublar: Həcc mövsümü müsəlmanlar üçün, yaranışın göüzündə fəxrli və əzəmətli mövsüm, ürəyin nurlanması, Yaradanın qarşısında xüşu mövsümüdür.

بسم اللّه الرّحمن الرّحیم

 

وَ الحَمدُ لِلّهِ رَبِّ العالَمین وَ صَلَّی اللّهُ عَلی سَیّدِنا مُحَمَّدٍ وَ آلِهِ الطَّیِّبینَ وَ صَحبِهِ المُنتَجَبین وَ مَنتَبِعَهُم بِاِحسانٍ اِلی یَومِ الدّین

Bütün dünyada müsəlman qardaşlar və bacılar! Müsəlmanlar üçün Həcc mövsümü məxluqların gözündə fəxarət və əzəmət mövsümü, könüllərin xaliq qarşısında nuraniliyi, hörmət və ibtihal mövsümüdür.

Həcc qüdsi, dünyəvi, ilahi və xəlqi fərizədir. Digər tərəfdən “atalarınızı yada saldığınız kimi , hətta ondan daha qüvvətli şəkildə Allahı yad edin” əmri və “sayılı günlərdə Allahı yad edin!” və o biri tərəfdən isə “onu bütün insanlar üçün istər yerli olsun, istərsə səhradan gəlsin bərabər etdik” xitabı onun sonsuz və fərqli boyutlarını aydınlaşdırır. Bu misilsiz fərizədə zaman və məkan təhlükəsizliyi aşkar nişanə və parlaq ulduz kimi insanların könlünə sakitlik bəxş edir və Həcc zəvvarını istilaçı zalımlar tərəfindən həmişə insan kütlələrini təhdid etmiş əmin-amansızlıq amillərinin mühasirəsindən çıxarır və müəyyən bir dövrdə təhlükəsizliyin ləzzətini ona dadızdırır. İslamın müsəlmanlara hədiyyə etdiyi İbrahimi Həcc izzət, mənəviyyat, vəhdət və əzəmət rəmzidir; İslam ümmətinin əzəmətini və onun zavala uğramaz ilahi qüdrətə təvəkkülünü bədxah düşmənlərə nümayiş etdirir və onun beynəlxalq quldurlar və hegemon dövlətlərin bəşər toplumlarını məruz qoyduğu fəsad , həqarət və istizafdan uzaq olduğunu əyani göstərir. 

Ardını Audio materialda dinləyə bilərsiniz:

Teqlər