Həzrət Seyyidi-şühədanın (ə) hərəmi 7 dəfə bərpa edilib
Həzrət Seyyidi-şühədanın (ə) hərəmi 7 dəfə bərpa edilib
Baxmayaraq ki, Həzrət İmam Hüseynin (ə) həqiqi qəbri insanların qəlbindədir, ancaq Kərbəlada yerləşən müqəddəs hərəminin böyük bərəkət və fəzilətləri vardır.
Bu hərəm Allah yolunda canında keçmiş əziz İmamımızdan (ə) bizə yadigar qalan hərəmdir. Hədislərimiz buyurur ki, İmamın (ə) hərəmini boş buraxmayın və onu davamlı olaraq ziyarət edin. Bu misilsiz İlahi şəxsiyyətin əməl və fədakarlıqlarından ibrət götürün.
İmam Sadiq (ə) buyurur: “Əba Abdullah Hüseynin (ə) qəbri, o zamandan bəri ki, orada dəfn olunmuşdur – behişt bağlarındandır”. (İslami saytlara istinadən)
İmamın (ə) hərəmini yeddi dəfə bərpa etmişdilər. İlk dəfə Bəni-Üməyyənin dövründə Bəni-Əsəd tərəfindən İmamın (ə) məzarı və kənarında da bir məscid inşa edilmişdir. Bu məscid Harun-ər-Rəşidin dövrünə qədər bu cür qalmışdır.
Harun İmamın (ə) müqəddəs hərəmini dağıtdıqdan sonra Məmunun dövründə bu hərəm ikinci dəfə bərpa olur və 232-ci ilə qədər bu cür qalır.
Ancaq 247-ci ilə qədər hərəm Mütəvəkkil tərəfindən dörd dəfə xarab və viran edilir. Ona görə də bu hərəm üçüncü dəfə Muntəsir tərəfindən 273-cü ildə yenidən bərpa olunur.
İmamın (ə) hərəmi dördüncü dəfə Təbiristan padşahı olan Dayiyi Səğir ləqəbini daşıyan Muhəmməd ibni Zeyid ibni Həsən ibni Muhəmməd ibni İsmayil ibni Zeyd ibni Əli ibni Hüseyn ibni Əli ibni Əbitalib (ə) tərəfindən bərpa olunur.
Hərəm beşinci dəfə 369-cu ildə Əzədi Dulə Diləmi tərəfindən bərpa olunur.
Altıncı dəfə isə Dulə Diləminin vəziri Həsən ibni Mufəzzəl tərəfindən yenilənir.
Hərəm yeddinci dəfə 767-ci ildə Sultan Ovis İlxani tərəfindən inşa edilir və 786-cı ildə oğlu Əhməd ibni Ovis onu təkmilləşdirir.
Hərəmin bərəkətləri ilə tanış olaq:
1. İlahi mələklərin naizl olduğu yerdir. İmam Sadiq (ə) buyurur: “İmam Hüseynin (ə) qəbrindən səmaya qədər olan yer – İlahi mələklərin gedib-gəldiyi yerdir”.
2. Namaz qəbul olar. İmam Sadiq (ə) bu hərəmdə qılınan namaz haqqında buyurur: “Allah Təala namazının əcrini onun qəbul olması qərar verər”.
3. Hacətin və duaların yerinə yetməsi. İmam Sadiq (ə) buyurur: “Hər kim İmam Hüseynin (ə) qəbrinin kənarında iki rükət namaz qılar və Allahdan bir şey istəyər, Allah ona əta edər”.
Həmçinin Həzrət Sadiq (ə) buyurur: “Allah İmam Hüseynin (ə) qətlinin əvəzində imaməti o Həzrətin nəslində, şəfanı türbətində, duaların qəbul olmasını hərəminin kənarında qərar vermişdir. Ziyarət edənlərin əyyamını onların ömürlərindən hesab etmir”.
/Deyerler.org/