Okt 16, 2016 16:14 Asia/Baku
  • İmam Hüseyn (ə) bizə hər şeyi Allaha necə qurban verməyi öyrətdi

İmam Hüseyn (ə) bizə hər şeyi Allaha necə qurban verməyi öyrətdi

Məhərrəm, Aşura, Kərbəla hadisəsi və İmam Hüseynin(ə) Kərbəlada yaratdığı inqilab bütün dünya müsəlmanlarına müəyyən dərslər öyrədir. O həzrətin insanlara öyrətdiyi dərslərdən biri budur ki, insan Allah yolunda canından, malından, övladından bir sözlə desək hər şeyindn keçməyi öyrətdi. İmam Hüseyn(ə) öz hərakatı ilə bütün müsəlmanlar bildirdi ki, Allahın dinin əgər insanın canına, malına və s. ehtiyac duyulduqda insan əlindən gələni əsirgəməməlidir.

Əgər bir insan bunları Allah yolunda lazım olduqda qurban verməyi bacırırsa demək o şəxs həm imanlı, həm də Allah dininə kömək edən bir şəxsdir. Yox əgər qurban verməyi bacırmırsa o şəxsin imanı çox zəifdir və Allahın dininə də kömək etməmişdir. İnsanın dildə müsəlmançılığı qəbul etməsi ilə dini tamamlanmır və tam müsəlmançılıq dildə deyilən sözlər və dindarlıq deyildir. O əməllər adət-ənənə kimi insanlar arasında yayılmış əməllər hesab olunur. Kommunist rejimi dövründə tarix kitablarında müsəlmançılıq bir din kimi yox bəlkə qəbilə tayfa kimi qələmə alınmış və özünə məxsus bir sıra adət-ənənələri ilə tanıtdırılmışdır. Məsələn; tat, talış və s. Qəbilələrin bir sıra adət-ənənələri olduğu kimi İslam dinini də qəbilələşdirib bir-neçə adət-ənənə ilə tanıtdırmışlar. O ənənələrdən biri uşağa sünnət toyu etmək idi. Bu əməli İslamın qayda-qanunu və Peyğəmbərin buyurduğuna əsasən deyil, bəlkə bir sıra adət kimi bildirmişlər. Bu ənənələrdən biri bu idi ki, müsəlman dünyadan gedərkən onu kəfənə büküb dəfn edərdilər. Müsəlmançılığı bu kimi ənənələrlə qəbilələşdirmişdilər. Onların bu işi görməkdə məqsədi müsəlmançılığı aradan aparıb dini hörmətdən salmaq.

Lakin müsəlmançılıq din, islam təkcə bu kimi əməllər və ənənələrlə tamamlanmır. Müsəlmançılıq odur ki, əgər uşağı sünnət edirlərsə və meyiti kəfənə bükərlərsə adət-ənənə kimi yox, Allahın hökmünü və dinin qanunlarını icra etmək niyyəti ilə olmalıdır. Dindarlıq odur ki, insan Allahın göndərdiyi şəri hökmləri oxuyub öyrəndikdən sonra onlara əməl etsin.

İmam Hüseyn (ə) Kərbəla qiyamında bizə əsl müsəlmançılığı və dindarçlığı öyrətmişdir. O həzrət öz qiyamı və şəhadəti ilə bütün müsəlmanları başa saldı ki, insan Allahın dinini qoruyub saxlamaq üçün canından, malından, qanından, övladından bir sözlə hər şeydən keçməyi və Allaha qurban verməyi bacarmalıdır.İmam Hüseyn (ə) öz qiyamı və hərəkatı ilə bunları açıq şəkildə bizə öyrədir və başa salır ki, Allahın dinini qorumaq üçün hər nə lazım olarsa onu qurban verməyi bacarmalıdır.

Teqlər