Okt 13, 2022 12:11 Asia/Baku
  • 17 Rəbi Diskursiyası islamiyyətdən mənşə alan düsturdur – TƏHLİL

İnqilab Rəhbərinin 17 Rəbi Diskursiyası Qarabağ məsələsində əhəməyyətli addım hesab olunur

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam İnqilanının Aliməqamlı Rəhbəri 2020-ci il noyabrın 3-də əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) mövludu münasibətilə televiziya vasitəsilə etdiyi çıxışında bildirmişdir: “Ermənistan-Azərbaycan müharibəsi tezliklə bitməlidir. Ermənistanın işğal etdiyi bütün torpaqlar Azərbaycan Respublikasına qaytarılmalı və azad olmalıdır. Bu əsas şərtdir. Bu torpaqlar Azərbaycana aiddir və Azərbaycan öz torpaqlarını azad etməyə haqlıdır. Əlbəttə, bu torpaqlarda yaşayan ermənilərin də təhlükəsizliyi təmin edilməlidir. Beynəlxalq sərhədlərə də riayət olunmalıdır. Baxmayaraq ki, bəziləri inkar edirlər, amma terrorçuların müxtəlif yerlərdən gətirilməsinə tutarlı dəlillər var. Ehtiyatlı olmaq lazımdır ki, terrorçular bizim sərhədlərimizdə yerləşməsin. Əgər onlar bizim sərhədlərə yaxınlaşsa və təhlükə hiss olunsa, kəskin cavab veriləcək”, - deyə o həzrət bildirdi.

Aliməqamlı Rəhbərin bu şəffaf və ədalətli mövqeyi o vaxt Azərbaycan rəhbərliyi ilə yanaşı medialar və ayrı-ayrı şəxsiyyətlər tərəfindən alqışlandı.

Bakı Xəbər qəzeti bununla bağlı yazdı: “Müharibənin ilk günlərindən ermənipərəst ekspertlər əminliklə iddia edirdilər ki, İran Azərbaycanın Qarabağda hərbi əməliyyatlar aparmasına qarşı çıxacaq və prosesi dayandırmaq üçün bütün vasitələrdən istifadə edəcək. Lakin müharibənin başlandığı ilk günlərdən İranın müxtəlif ranqlı rəsmi şəxslərinin dilindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlar səslənməsi bu ehtimalları alt-üst etdi. İranın Ali dini liderinin bu açıqlaması isə onlara daha güclü zərbə oldu.”

Sözçü qəzeti yazdı: İran Ali Rəhbəri və prezidenti tərəfindən ərazi bütövlüyümüz və suverenliyimizin müdafiə olunması, sərhəd toxunulmazlığının bərqərar olunması barədə konkret mövqeyi işğalçı Ermənistana “tərs şillə” kimi qiymətləndirilə bilər.

İnqilab Rəhbərinin məlum açıqlaması şübhəsiz ki, Qarabağ məsələsinin həlli sahəsizdə ən vacib diskursiya kimi tarixə düşmüşdür.

Əslində İslam ümməti arasında vəhdət və yaxınlaşma və işğalçılar və təkəbbürlü qüvvələrə qarşı müqavimət və mübarizə İslam İnqilabının mahiyyətindən mənşə alır. Elə isə İslam ümmətinin izzət və əzəmətinə nail olmaq İslam Respublikasının müxtəlif sahələrdə, o cümlədən Qarabağ mövzusunda sərgilədiyi mövqe bu strategiya əsasındadır. Zira İrqindən və dinindən asılı olmayaraq islam torpaqlarının qorunması İslam İnqilabının prinsiplərindəndir. Məhz buna görə də bütün Qarabağ torpaqlarının Azərbaycana qaytarılması tələb olundu.

Teqlər