Okt 01, 2025 14:06 Asia/Baku
  • ABŞ federal hökuməti rəsmi olaraq bağlandı

ABŞ qanunvericilərinin büdcə layihəsini təsdiqləməkdə uğursuzluğu fonunda ABŞ federal hökuməti rəsmi olaraq bağlandı.

Hill jurnalının məlumatına görə, Konqres liderlərinin müvəqqəti büdcə layihəsi üzərində razılığa gələ bilməməsi və qanunvericilərin bu çıxılmaz vəziyyəti aşmaq üçün hər vasitəyə əl atmasından sonra federal hökumət çərşənbə axşamı gecə yarısından etibarən rəsmi olaraq bağlanmağa başladı. 

Federal hökumətin bağlanması, amerikalı qanunvericilərin çərşənbə axşamı iki müvəqqəti büdcə paketinə – biri respublikaçılar tərəfindən təqdim edilən “clean” adlı qanun layihəsinə, digəri isə demokratların prioritetlərini əks etdirən layihəyə – mənfi səs verməsindən sonra qətiləşdi və partiya liderləri arasında razılığa gəlmək üçün bir az mübahisə baş verdi. 

Son günlərdə hər iki tərəf bir-birini günahlandırmaqla məşğul olub.

Senatın çoxluq lideri respublikaçı senator Con Tun səsvermədən sonra jurnalistlərə deyib: “Burada, Senatdakı demokratlar qərara gəliblər ki, hökuməti qərəzsiz və qeyri-partiya büdcə layihəsinə görə bağlasınlar. Düzdür – qərəzsiz və qeyri-partiya büdcə layihəsi. Senatdakı demokratları “yox” dedilər. Çünki ifrat solçu maraqlı qruplar və ifrat solçu demokrat üzvlər prezidentə qarşı durmaq istəyirdilər". 

Senatın azlıq lideri demokrat senator Çak Şumer jurnalistlərə deyib: "Amerikanı bağlanmaya sürükləyən respublikaçılardır. Onlar demokratlarla oturub danışıqlar aparmalı və hər iki partiyanın dəstəkləyə biləcəyi bir qanun layihəsinə nail olmalıdırlar".

Tramp hökuməti hazırda hökumət daxilində bağlanma proqramlarını irəli aparır və bu proqramların genişmiqyaslı məcburi məzuniyyətlərə və bir sıra agentlik və idarələrdə bəzi dövlət qulluqçularının işdən çıxarılmasına səbəb olacağı gözlənilir.