Okt 13, 2021 15:41 Asia/Baku
  • Rusiyanın Patriarxı əsirlərin geri qaytarılmasına çağırıb

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill özünün, Azərbaycan və Ermənistanın dini liderlərinin üçtərəfli görüşünün yekununa dair birgə bəyanat qəbul edib.

Bəyanatda deyilir: “Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı mərhələsindəki çətinliklərə baxmayaraq, hesab edirik ki, məhz Allaha inam, sevgi çoxillik faciəvi qarşıdurmanın yaralarını sağalda bilər.

Bəyanatda bunun ruhani müdriklik tələb etdiyi çox çətin yol olması vurğulanır: Azərbaycan və Ermənistan xalqları üçün birlikdə yaşamaqdan başqa gələcək yoxdur. Bu gün insanların bir-birinə inamını bərpa etmək, qonşuya hörmətlə yanaşmaq və qarşılıqlı yardıma hazır olmaq çox vacibdir.

Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin 1-ci yoxsa 2-ci Qarabağ müharibəsini nəzərdə tutması bəlli olmasa da  itkin düşənlərin taleyinə aydınlıq gətirilməsinə, hərbi əsirlərin geri qaytarılmasına yardım etməyə çağırırıq.

Bəyanatda Azərbayan, Ermənistan və Rusiyanın dini liderlərinin Azərbaycan və Ermənistan xalqlarını indiki və gələcək nəsillərin rifahı, çiçəklənməsi naminə barışdırmaq üçün kömək etməyə hazır olduğu vurğulanır.

Rusiyanın Patriarxı bildirib ki, bu bəyanat Rusiya Patriarxınındır, lakin hazırlanmadan öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Bütün ermənilərin katalikosu II Qareginlə məsləhətləşmələr aparlıb və onların razılığı alınıb.

Xatırladaq ki, Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill və Bütün ermənilərin katalikosu II Qaregin arasında üçtərəfli görüş keçirilib.

Teqlər