Apr 20, 2017 20:22 Asia/Baku
  • "Beytül-Müqəddəsə Doğru" hərbi manevrinə start verildi

İranın Şimali Xorasasn Ostanında 38 hərbi bölmənin iştirakı ilə 2 günlük "Beytül-Müqəddəsə doğru" hərbi manevrinə start verilib.

İRİB-nin verdiyi məlumata görə, Şimali Xorasanda Cavadül-Əimmə(ə) qüvvələrinin komandanı seyid Həsən Mürtəzəvi deyib: Bu manevrdə 34 Beytül-Müqəddəs batalyonu və 4 Kövsər batalyonu 10 min qüvvə ilə iştirak edir.

General seyid Həsən Mürtəzəvi əlavə edib: Bu manevrdə xarici və daxili təhdidlərə uyğun döyüş taktikaları habelə, təbii fəlakətlər zamanı xilasetmə əməliyyatları üzrə təlimlər həyata keçiriləcək.