Apr 21, 2017 15:29 Asia/Baku
  • İran Parisdəki terror aktını pisləyib
    İran Parisdəki terror aktını pisləyib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü cümə axşamı günü Parisin Şanzeliza küçəsində baş verən terror aktını pisləyib və Fransa xalqının dərdinə şərik çıxıb.

İran XİN sözçüsü Bəhram Qasimi cümə günü deyib: Laqeydlik və cinayətkar terrorçuları dəstəkləyən qərbin terrorizmlə davranışda ikili standart tətbiq etməsini ehtiva edən bır sıra addımların atılması onları Avropanın göbəyində başqa terror aktları törətməyə sövq edib.

Qasimi əlavə edib: İran İslam Respublikası bir daha vurğulayır ki, terrorizm beynəlxalq sülh, stabillik və təhlükəsizlik üçün ilk və təcili təhlükədir. Beynəlxalq ictimaiyyətin üzvləri arasında müştərək anlayış və qətiyyətli iradə əldə olunmadan aradan qaldırılmayacaq və kökü kəsilməyəcək.

Cümə axşamı gecə Fransa paytaxtı Parisin Şanzeliza küçəsində İŞİD terror qruplaşması ünsürlərinin atəş açması nəticəsində, iki polis əməkdaşı həlak olub, üç nəfər yaralanıb.

Teqlər