İyul 16, 2017 22:41 Asia/Baku
  • Zərif: ABŞ İranla nüvə sazişində üzərinə düşəni etmədi

İranın xarici işlər naziri deyib: Amerika İranla nüvə sazişində payına düşəni yerinə yetirməyib.

Birləşmiş Millətlər Təşkilatının yüksək səviyyəli siyasi yığıncağında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü CNN kanalına verdiyi müsahibədə Amerikanın nüvə sazişindəki davranışı barədə deyib: İran bu saziş əsasında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirib və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də bunu təsdiqləyib amma ABŞ üzərinə düşəni yerinə yetirməyib. 

İranın XİN rəhbəri İranın 5+1 qrupu ilə nüvə sazişindən sonra İranın nüvə silahlarına üz tutacağı ehtimalı barədə deyilənlər xüsusunda verilən suala cavabda belə deyib: İran saziş zamanı və ondan öncə açıq-aşkar şəkildə bildirib ki, hərbi nüvə proqramı ardınca deyil və AEBA da İranın nüvə proqramının hərbi cəhətləri barədəki iddiaların əsassız olduğunu təsdiqləyib. 

İranın xarici işlər naziri İranın Suriya dövlətini himayə etməsinin səbəbi barədə deyib: Rəsmi Tehranın Suriya, Əfqanıstan, İraq və regionun digər bölgələri barədə siyasəti dəyişməz olmuşdur, İran daima terrorizmə və ifratçılığa qarşı olub və bu fenomenlərlə mübarizə aparan tərəflərə yardım etməyə tələsib. 

Zərif Yəmən böhranına da münasibət bildirib: " İran Yəməndəki toqquşmalara qarşı atəşkəs, humanitar yardım, yəmənli qruplar arasında danışıq və Yəmən xalqının istəyi əsasında hökumətin yaradılması mərhələlərindən ibarət olan 4 maddəlik layihə təqidm edib və belə qənaətdədir ki, toqquşmalara son qoyulmasının yeganə yolu, heç bir hərbi yolun olmadığı reallığını qəbul etməkdir. 

Zərif Nyu-York tims qəzetinin son məlumatına da münasibət bildirib, həmin məlumatda İranın İrağı nəzarətdə saxladığı iddia olunmuşdu. Zərif bu barədə deyib: İran həmişə duzgün seçimlər edib və Səddam, İŞİD və terrorçu qruplara dəstək verən ölkələrin əksinə olaraq İran  İraq xalqının köməyinə gəlib, 

Teqlər