Sen 14, 2017 08:46 Asia/Baku
  • İran Myanma müsəlmanlarına qarşı qırğının dayandırılmasına çalışır

İranın baş prokuroru islam ölkələrinin prokurorları ilə yazıların həyata keçirildiyini və onların Myanma müsəlmanlarının qırğın edilməsinin dayandırılması məqsədilə münasib hüquqi addımın atılması üçün dəvət olunduğunu bildirib.

İranın baş prokuroru Höccətülislam vəlmüslimin Məhəmməd Cəfər Müntəziri çərşənbə günü Tehranda Myanma müsəlmanlarına qarşı törədilən cinayətlərlə mübarizədə münasib hüquqi həll yollarının araşdırılması üzrə iclasda deyib: Hamının hüquq və diplomatiya çərçivəsində qanuni vəzifəsi və borcu məzlum Myanma müsəlmanlarına qarşı cinayətə nifrətini bildirməsidir. 

Höccətülislam vəlmüslimin Müntəziri insan haqları iddiaçılarının Myanmada müsəlmanların qırğın edlməsi qarşısındakı sükutunu tənqid edərək bildirib: İnsan haqları iddiasında olan ölkələrdən gözlənti olmamalıdır. Çünki onlar müxtəlif səhnələrdə insan haqlarının əsil müdafiəçiləri olmadıqlarını sübuta yetirmişlər. 

Myanma ordusunun Raxin vilayətində rohinca müsəlmanlarına hücumları nəticəsində minlərlə nəfər həlak olub, yaralanıb və təxminən 380 min nəfər didərgin düşüb. Myanmada müsəlmanların vətəndaşlıq hüququ yoxdur.