Apr 15, 2018 18:53 Asia/Baku
  • Vilayəti: Ərəb ölkələri başçılarının Ali-Səudun təzyiqləri altında keçirilən iclası etibarsızdır
    Vilayəti: Ərəb ölkələri başçılarının Ali-Səudun təzyiqləri altında keçirilən iclası etibarsızdır

İran İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ərəb ölkələri başçılarının Ərəbistanın təzyiqləri altında keçirilən sammitinin siyasi baxımdan tamamilə etibarsız olduğunu deyib.

Ərəb Liqasına üzv ölkələrin 29-cu sammiti bazar günü Ərəbistanın şərqində yerləşən Zəhran şəhərində keçirilib.

Əli Əkbər Vilayəti jurnalistlər qarşısında deyib:Bu iclaslarda Ərəb dünyası və 7 ildir ki, təcavüzdən əziyyət çəkən Suriyanın maraqları müdafiə olunmur.

Vilayəti həmçinin deyib: Suriya hökuməti və xalqı bəzi ərəb ölkələrinin zəif şəxsiyyətə malik başçılarının dəstəyinə ehtiyaclı deyil. Baxmayaraq ki, İraq, Livan və Tunis kimi şərəfli ərəb ölkələri bu mübarizədə Suriya xalqı və hökumətini dəstəkləyir.

İran İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri əlavə edib: Ərəb ölkələri başçılarının bu günkü sammitinin Ali-Səud rejimi tərəfindən diktə edilmiş bəyanatın qiraət olunmasından başqa hansısa nəticəsi olmayıb və ümumiyyətlə etibarsız bir iclas olub.