Avq 26, 2018 09:23 Asia/Baku
  • Kermanşah zəlzələsində yaralananların sayı 100 nəfəri keçib

İranın qərbində yerləşən Kermanşah vilayətinin valisi deyib ki, Kermanşahın "Səlas Babacani" şəhrestanının mərkəzi olan Tazeabad şəhərində zəlzələ hadisəsində bədən xəsarəti alanların sayı yüz nəfəri ötüb keçibdir.

Bu gün səhər Kermanşahın "Səlas Babacani" şəhrestanının mərkəzi olan Tazeabad şəhərinin ətrafında rixter şkalası ilə 5,9 bal gücündə zəlzələ baş verib.

Huşəng Bazvənd IRNA ilə müsahibədə əlavə edib ki, zəlzələ hadisəsində bədən xəsarəti alanların əksəriyyəti ayaqüstü müalicə olunaraq, xəstəxanadan buraxılıbdır.

Bazvənd deyib ki, bu zəlzələdə 70 yaşlı bir kişi də ürək dayanması nəticəsində vəfat edibdir.

Kermanşah valisi hazırda vilayətin bütün yollarının açıq və onlarda gediş-gəlişin bərqərar olduğunu bildirərək, deyib ki, Kermanşah vilayətinin qərb şəhərlərinin içməli suyu da hazırda bərqərardır və bu sahədə əhalinin heç bir problemi yoxdur.

38 min nəfərlik əhaliyə malik "Səlas Babacani" şəhrestanı Kermanşahın şimal-qərbindən 136 kilometr aralıda yerləşir.

2017-ci il noyabrın 12-də də rixter şkalası ilə 7,3 bal gücündə zəlzələ İranın qərbindəki müxtəlif məntəqələri, xüsusən Kermanşah vilayətini titrətdi ki, nəticədə 483 nəfər həlak oldu, 12 min nəfərdən çox insan da yaralandı.

Teqlər