Okt 10, 2018 09:48 Asia/Baku
  • Xoşru: Beynəlxalq ictimaiyyət ABŞ-ın birtərəfli rəftarları qarşısında dayanmalıdır
    Xoşru: Beynəlxalq ictimaiyyət ABŞ-ın birtərəfli rəftarları qarşısında dayanmalıdır

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi çərşənbə axşamı BMT-nin 73-cü Baş Assambleyasının 6-cı komitəsinin "Qanun hakimiyyəti" mövzusunda keçirilən iclasında deyib: Beynəlxalq ictimaiyyət ABŞ-ın birtərəfli rəftarları qarşısında dayanmalıdır.

İRNA-nın məlumatına grə, Qulaməli Xoşru bu gün bir neçə tərəfliliyin real hücuma məruz qaldığını deyərək, birtərəfliliyin nişanələrini beynəlxalq müqavilələr və protokollardan çıxmaq, BMT-nin qrumlarından çıxmaq, ölkələrə qarşı ticarət savaşı başlatmaq və ölkələrə qarşı sərhədlərdən kənar sanksiyalar tətbiq etmək adlandırıb. 

İranın BMT-dəki daimi nümayəndəsi ABŞ-ın qanunsuz olaraq nüvə anlaşmasından çıxmasını BMT-nin nizamnaməsini və beynəlxalq hüquq sistemini təhdid edən ciddi məsələ adlandırıb və deyib: BMT-nin tarixində bu ilk dəfədir ki, ABŞ bu təşkilatın Təhlükəsizlik Şurasının veto haqqına malik olan daimi bir üzvü kimi dünya ölkələrini Təhlükəsizlik Şurasının qətnaməsinə əməl etdikləri üçün cəzalandırır. 

Xoşru əlavə edib: Bu, BMT-nin nizamnaməsi və beynəlxalq əlaqələr üçün ciddi təhdid olaraq təcili və qətiyyətli cavaba ehtiyaclıdır. 

İranın BMT-dəki daimi nümayəndəsi daha sonra "ABŞ-ın özünün də lehinə səs verdiyi bir qətnaməyə əməl etdikləri üçün digər ölkələri cəzalandırdığı bir şəraitdə İran və ya hansısa ölkə Amerikaya necə etimad edə bilər?" sualını irəli sürərək, deyib: Bu gün Təhlükəsizlik Şurasının bir daimi üzvü digər ölkələrdən beynəlxalq hüququ pozmalarını istəyir. 

Xoşru ABŞ-ın İranın mal varlığını müsadirə etmək kimi qeyri qanuni rəftarını da ABŞ-ın beynəlxalq qanunlara zidd olan növbəti birtərəfli hərəkəti adlandırıb və deyib: Bu hərəkət, heç bir etibarı olmayan hüquqi bir doktrina əsasında ölkələrin toxunulmazlıq hüququnun pozulmasıdır. 

Xoşru BMT-nin Baş Assambleyasını beynəlxalq səviyyədə qanun hakimiyyətini himayə etmək üçün digər ölkələri təhdid edən və beynəlxalq hüquq normalarını pozan bir ölkə qarşısında qətiyyətlə dayanmağa dəvət edib.