Noy 07, 2018 14:43 Asia/Baku
  • İran və C.Koreya milli valyutalarla ticarət barədə razılaşıblar
    İran və C.Koreya milli valyutalarla ticarət barədə razılaşıblar

Cənubi Koreya İran ilə qarşılıqlı ticarət mübadilələrində milli valyutalardan istifadə sahəsində razılığın əldə olunmasından xəbər verib.

Yunhap xəbər agentliyinin verdiyi məlumata görə, bu razılaşma koreyalı və iranlı şirkətlərə müxtəlif sahələrdə öz geniş mübadilələrini davam etdirmək imkanı yaradır. 

Bu məlumata görə, iki tərəf maliyyə hesablaşmaların İrnaın mərkəzi bankı və C.Koreyanın sənaye bankı vasitəsi ilə həyata keçməsi barədə də razılaşıblar. 

Bu istiqamətdə C.Koreyanın xarici işlər nazirinin müavini Yun Kanq Hyonun başçılığı ilə bir heyət ötən şənbə ölkəsinin Amerikanın İrana qarşı sanksiyalardan istisna edilməsinin təfərrüatı barədə müzakirələr məqsədi ilə İrana səfər etmişdir.