May 14, 2019 12:30 Asia/Baku
  • İİR XİN Fələstinin işğalının ildönümü münasibətilə bəyanat verib
    İİR XİN Fələstinin işğalının ildönümü münasibətilə bəyanat verib

İranın Xarici İşlər Nazirliyi dünya ictimaiyyətinin, xüsusən BMT-nin Fələstin torpaqlarının və Qüdsi-Şərifin işğalına son qoymaq sahəsindəki mühüm məsuliyyətlərinə təkid edib.

İranın Xarici İşlər Nazirliyi Fələstinin işğalının ildönümü münasibətilə bir bəyanat yayaraq, İran İslam Respublikasının Fələstin xalqının amalı ilə tam həmrəy olduğunu bildirib və BMT-nin öz müqəddəratını təyin etməsi sahəsində bu diyarın xalqına yardım etməsi, Beytulmuqəddəs paytaxt olmaqla müstəqil Fələstin ölkəsinin təşkilini istəyib.

Bəyanatda deyilir: Beynəlxalq təşkilatlar tarixi Fələstin diyarının işğalından yetmiş ildən çox bir müddətin keçməsindən sonra sionist rejimin ardıcıl təcavüzləri, cinayətləri və işğalçılığına son əsaslı addım atmalı və fələstinli didərginlərin öz əcdadlarının diyarına geri dönmələri üçün lazımi şərait yaratmalıdırlar.

Mayın 14-ü, yüz minlərlə fələstinlinin öz ölkəsindən çıxarılmasının, mayın 15-i isə saxta sionist rejimin formalaşmasının- "fəlakət günü"nün 71-ci ildönümünə təsadüf edir.

Teqlər