İyul 11, 2019 18:08 Asia/Baku
  • İslami İranın 400-dən çox nöqtəsində hicabın qorunması toplantısı keçirilib

Əsl İslam mətkəbinin izlənilməsi böyük paklıq və hicab toplantısının aydın mesajıdır.

Böyük "Hicab və Paklıq" toplantısı bu gün ölkə vilayətlərinin 400-dən çox şəhərində "Hicab, ailə mühitinin qoruyucusu" şüarı ilə keçirilib.

Rza xan muzdurlarının Qöhərşad məscidinə hücumu və hicabın götürülməsinə etiraz edənlərin qətli-am edilmələrinin ildönümü günü İranda "Hicab və Paklıq" günü adlandırııbdır.

Müsahibə(qadın): Bu hicab, mənim silahımdır. Mənim düşmənlərimin gözlərinin kor olmasına bais olur.

Müsahibə(qadın): Mən hicabımı sevirəm. Heç kəs mənim hicabımı məndən ala bilməz.

Müsahibə(qadın): Gəlmişik, bütün dünya xalqlarına deyək ki, paklıq və hicab bir müsəlman qadının birinci sözüdür.

Müsahibə(qadın): Örtdüyüm çadra Həzrət Zəhra(s.ə)-nın mənə əmanətidir.

Müsahibə(qadın): Səbəblərindən biri budur ki, sözün əsl mənasında mənim üçün təhlükəsizlik gətirib.

Müsahibə(qadın): Bir şəhidin qızı kimi hicabımı qoruyacağam ki, atamın qanı hədər getməsin.

Müsahibə(qadın): Hicab məhdudluq deyil, əksinə toxunulmazlıqdır. Və biz hicablı olmağımızla fəxr edirik.

"Hicab və Paklıq" qərargahı sabah da ölkə boyu cümə namazı məarasimlərində iştirak edəcəkdir.