İyul 17, 2019 07:41 Asia/Baku
  • İran Fars Körfəzində xarici bir tankerə kömək edib
    İran Fars Körfəzində xarici bir tankerə kömək edib

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi dünən gecə İranın Fars Körfəzində xarici bir tankerə kömək etməsindən xəbər verib.

Seyyed Əbbas Musəvi Fars Körfəzindəki İran sularında əmirliklərin bir tankerinin dayanması barədəki təzadlı xəbərlərə reaksiyada deyib: Fars Körfəzində bir xarici tanker texniki nasazlığa görə, problemlə üzləşdi ki, beynəlxalq qaydalara əsasən, iranlı qüvvələr yardım xahişi aldıqdan sonra bu tankerin sorağına getdilər və bir yardım gəmisi ilə onu İran sularına doğru köçürdülər ki, bu tankerin üzərində lazımi təmirlər aparılmış olsun.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi sonra belə qeyd edib: Bu məsələ ilə bağlı artıq detallar sonradan elan olunacaq.

İyunun on üçündə də Oman dənizində iki tankerdə yanğının baş verməsinin ardınca İranın limanlar və dənizçilik təşkilatının axtarış və dəniz xilasetmə bölməsi dərhal meydana girdi və bu iki gəminin ekipaj heyətini xilas edərək, münasib və müalicə xidmətləri göstərmək üçün onları Cask limanına köçürdü.

Bəzi Qərb, həmçinin Amerikadan və onun müttəfiqlərindən asılı olan ərəb informasiya agentlikləri dünən İrana qarşı təbliğat kompaniyalarının davamında Fars Körfəzində əmirliklərin bir tankerinin yoxa çıxmasından xəbər  veriblər.

Bu informasiya agentlikləri iddia etmişdilər ki, Panama bayrağı altında hərəkət edən və Hörmüz boğazından keçməkdə olan bir BƏƏ tankeri İran sularında yoxa çıxıbdır.

ABŞ, əmirliklər, ərəbistan və sionist rejim çoxdandır İrana qarşı yalan iddialar irəli sürərək, dünya səviyyəsində anti-İran cəbhəsi yaratmağa çalışırlar.

İran İslam Respublikası müqavimət cəbhəsinin əsas üzvlərindən biri kimi bölgədə amerikan-sionist-səud mehvərinin hərəkətləri və fitnələri ilə mübarizədə əsas rol oynayır.