Avq 14, 2019 14:06 Asia/Baku
  • Fars Körfəzinin təhlükəsizliyinin təmin edilməsinin xarici qüvvələrə ehtiyacı yoxdur
    Fars Körfəzinin təhlükəsizliyinin təmin edilməsinin xarici qüvvələrə ehtiyacı yoxdur

İran prezidenti deyib: Fars Körfəzində təhlükəsizlik və sabitlik üçün xarici qüvvələrə ehtiyac yoxdur. O, əlavə edib: Bölgə ölkələri birlik və dialoqla öz təhlükəsizliklərini qoruya bilərlər və şübhəsiz, Amerikanın iddiaları və hərəkətlərinin onlar üçün heç bir mənfəəti yoxdur.

Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında bildirib ki, Fars Körfəzi və Oman dənizi bölgəsində yeni koalisiya barədə olan bütün şüarlar zahiri və qeyri-realdır.

O, sonra deyib: Şübhəsiz, bu şüarların hər nə qədəri həyata keçmiş olsa belə, bölgənin təhlükəsizliyinə bir kömək etməyəcəkdir.

Prezident Fars Körfəzi ətrafındakı ölkələrə xitabən deyib: İran İslam Respublikası tarix boyu gördüyü kimi bu tarixi Fars Körfəzi ətrafındakı ölkələrin kənarında bölgənin təhlükəsizliyini qorumağa hazırdır.

O, sionist rejimin bölgənin təhlükəsizliyində iştirak etmək istəməsinə dair iddiaları boş sözlər adlandırıb və deyib ki, sionistlər əgər bacarırlarsa, elə olduqaları yerdəcə öz təhlükəsizliklərini qorusunlar!