Sen 06, 2019 09:19 Asia/Baku
  • Zərif Moqeriniyə 3-cü addımın atıldığını elan edib

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən gecə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqeriniyə məktubda İranın nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə üçüncü addımın atıldığını elan edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü bu məktubun detalları haqda bildirib ki, Zərif həmin məktubda tədqiqat və inkişaf sahəsində İranın nüvə anlaşmasındakı bütün öhdəliklərinin dayandırıldığını bildirərək, qeyd edib ki,Tehran bu addımın texniki detallarını sonradan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzərinə çatdıracaq.

Seyyed Əbbas Mousəvi əlavə edib: Məktubda vurğulanıb ki, İranın bu addımı Tehranın nüvə anlaşmasındakı hüquqları istiqamətində, xüsusən bu beynəlxalq anlaşmanın 36-cı maddəsinə əsasən və ötən on altı ay boyu nüvə anlaşmasının ardıcı və geniş şəkildə pozulmasına cavab olaraq atılıbdır.

Musəvinin sözlərinə görə, Zərifin məktubunun sonunda vurğulanıb ki, İran öz xoşməramlılığını sübut etmək üçün nüvə anlaşmasında qalmış tərəflərlə dialoqu bütün səviyyələrdə davam etdirməyə və qarşı tərəfllərin bu anlaşmadakı bütün öhdəliklərinə əməl edəcəkləri halda, bir daha nüvə anlaşmasının tam icrasına qayıtmağa hazırdır.