Noy 06, 2019 19:35 Asia/Baku
  • Agentlikdən İranın 4-cü addımına reaksiya

MAQATE İranın nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə 4-cü addımına toxunaraq, bildirib ki, agentliyin müfəttişləri addımın atıldığı məkandadırlar.

MAQATE bu gün bir bəyanatda İranın nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə 4-cü addımını təsdiq edərək, vurğulayıb ki, bu tədbir agentliyin nəzarəti altında həyata keçirilibdir.

Bəyanatda əlavə olunur: Agentliyin müfəttişləri İranda və əlaqədar məkandadırlar və onun hər cür fəaliyyətini MAQATE-nin Vyanadakı qərargahına xəbər verirlər.

Teqlər