İran Şri-Lanka ilə texniki və mühəndislik təcrübələrini bölüşməyə hazırdır
https://azeri.sahartv.ir/news/İran-i410669-İran_Şri_lanka_ilə_texniki_və_mühəndislik_təcrübələrini_bölüşməyə_hazırdır
İran İslam Respublikasının prezidenti ölkəsinin sahib olduğu texniki və mühəndislik təcrübələrini Şri-Lankaya ilə bölüşməyə hazır olduğunu və bu sahədə İranın 20-dən çox ölkədə böyük su elektrik stansiyaları layihələrinin icra etdiyini bildirib.
(last modified 2024-04-24T13:05:37+00:00 )
Apr 24, 2024 17:01 Asia/Baku
  • İran Şri-Lanka ilə texniki və mühəndislik təcrübələrini bölüşməyə hazırdır

İran İslam Respublikasının prezidenti ölkəsinin sahib olduğu texniki və mühəndislik təcrübələrini Şri-Lankaya ilə bölüşməyə hazır olduğunu və bu sahədə İranın 20-dən çox ölkədə böyük su elektrik stansiyaları layihələrinin icra etdiyini bildirib.

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Şri-Lankada iranlı mühəndislərin inşa etdiyi “Omavia” elektrik stansiyasının açılışı mərasimində layihənin icra ediləsinin Şri-Lanka ölkəsi tərəfindən həyata keçirildiyini və İranın bu sahədə elm və təcrübəsinin Şri-Lanka ilə bölüşə biləcyinə işarə edərək deyib: "İran İslam Respublikası texniki və mühəndislik imkanları əsasnda 20-dən çox ölkədə böyük elektrik və su layihələrini həyata keçirir.

Prezident Rəisi çıxışının davamında deyib:

"Qərb ölkələri eyham vurmağa çalışırdılar ki, yalnız elmi-texnologiya onların ixtiyarındadır, lakin bu gün iranlı ekspert və alimlərin zəhmətləri nəticəsindı təkcə İranda deyil, bütün Asiya qitəsində və dünya ölkələrində böyük işlər görüb və görməkdədir.