Noy 07, 2019 12:21 Asia/Baku
  • Kərbəla qəbilələrinin başçıları İranın hökuməti və xalqından üzr istəyiblər
    Kərbəla qəbilələrinin başçıları İranın hökuməti və xalqından üzr istəyiblər

Kərbəla şəhərindəki qəbilə və tayfaların başçıları dünən İranın bu şəhərdəki konsulluğunda olaraq, İraq xalqının adından iğtişaşçıların İran konsulluğuna qarşı hücumuna görə üzr istəyiblər.

Kərbəla şəhərindəki qəbilə və tayfaların başçıları İranın Kərbəladakı konsulluğunun başçıları ilə görüşdə bu konsulluğa hücumu pisləyiblər.

İraqın xarici işlər nazirliyi də bazar ertəsi günü bir açıqlamada iğtişaşçıların İran konsulluğuna qarşı hücumunu pisləmişdi.

Bazar günü gecə İraqdakı qarışıq iqtisadi durum əleyhinə etirazların çətiri altında bir qrup şəxs İran İslam Respublikasının Kərbəladakı konsulluğuna hücum etdi.

Naməlum hücumçular son bir neçə gündə dəfələrlə İraqın müxtəlif şəhərlərində hökumət mərkəzlərinə və təhlükəsizlik qüvvələrinə hücum ediblər.

İraqlı rəsmilər bildiriblər ki, bu hücumlar fitnə törətmək məqsədilə həyata keçirilib.

Bundan öncə də bəzi İraq rəsmiləri hər nədən artıq terrorçu İŞİD qrupu ilə mübarizədə özünü göstərmiş İran və İraqın dostcasına və strateji münasibətlərini pozmaq üzrə gizli əllərin səyləri haqqında xəbərdarlıq etmişdilər.

İraqın bəzi şəhərləri, o cümlədən Kərbəla son həftələr ümumi xidmətlərin yarıtmaz durumuna, məşğulluq fürsətlərinin olmamasına və korrupsiyaya etiraz olaraq keçirilən aksiyaların şahididir. Amma bu etirazlar son günlər zorakılığa çevrilib və onlarla nəfər ölüb və yaralanıbdır.

İraqda aksiyalar elə bir halda davam etməkdədir ki, bu ölkənin hökuməti ötən bir ay ərzində nümayişçilərin tələblərinə yönəlmiş dörd paket təqdim edibdir.

Faktlar göstərir ki, İraqdakı aksiyalar təbii olmayıb və onların formalaşmasında əcnəbilərin rolu olubdur.