Dek 02, 2019 17:35 Asia/Baku
  • İran-Tacikistan birgə iqtisadi komissiyasının 13-cü iclası başlanıb
    İran-Tacikistan birgə iqtisadi komissiyasının 13-cü iclası başlanıb

İran-Tacikistan birgə iqtisadi komissiyasının 13-cü iclası bu gün Tehranda işə başlayıb.

İranın energetika naziri və İran-Tacikistan birgə iqtisadi komissiyasının iranlı həmsədri Reza Ərdəkaniyan bu iclasın rəsmi açılış mərasimində deyib: İki ölkə arasındakı əlaqələrin inkişaf atmosferi keçmişə nisbətən daha müsbət olub və buna əsasən, Tacikistan İranla əlaqələri genişləndirmək üçün daha təsirli addımlar atmalıdır.

Ərdakaniyan Tacikistanda 220 meqavatlıq elektrik stansiyası olan “Səng Tudə 2” layihəsilə bağlı maliyyə hesabları istiqamətində real addım, Tacikistanda iranlı investorların fəaliyyətlərinin asanlaşdırılması üzrə səy, həmçinin təhsil və bank həmkarlıqlarının genişləndirilməsi üzrə ciddi-cəhdi münasibətlərin genişləndirilməsi üçün Tacikistan tərəfindən atılmalı olan addımların nümunəsi adlandırıb.

İranın energetika naziri həmçinin qarşılıqlı əlaqələrin genişləndirilməsi yolunda mövcud olan maneələrin aradan qaldırılmasını vurğulayıb.

Tacikistanın energetika və su ehtiyatları naziri Osmanəli Osmanzadə də iki ölkə arasındakı ticarət mübadilələri səviyyəsini aşağı adlandırıb. Ümidvarlıq edib ki, iki ölkənin yüksək imkanlarına əsasən, bu mübadilələr daha da artacaqdır.

Tacikistanın energetika və su ehtiyatları naziri həmçinin iranlı şirkətlərin Tacikistanın inkişaf layihələrindəki iştirakından razılıq edib və bu iştirakın davam etməsini istəyibdir.

 

 

 

Teqlər