Fev 15, 2020 09:02 Asia/Baku
  • Təxte Rəvançi İrandan Yəmənə silah göndərilməsi iddiasına cavab verib
    Təxte Rəvançi İrandan Yəmənə silah göndərilməsi iddiasına cavab verib

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi dünən gecə ABŞ rəsmilərinin İrandan Yəmənə silah göndərilməsi barədəki iddialarını rədd edib. O, bu iddiaları ABŞ-ın İrana qarşı yalan yaymaq kampaniyasının davamı adlandırıb.

Məcid Təxte Rəvançi ABŞ rəsmilərinin Yəmənə göndərilmiş silahların saxlanılması və onların İran İslam Respublikası ilə bağlı olmasına dair iddialarına cavab olaraq, tvitter-də yazıb: Amerikanın İrana qarşı yalan yaymaq kampaniyası davam edir.

Təxte Rəvançi əlavə edib: Yəmənə göndərilmiş silahların saxlanılması barədəki iddialar bir yana qalsın, Birləşmiş Ştatlar BMT-nin hesabatından sui-istifadə edir və bununla demək istəyir ki, İran Ərəbistanın neft təsisatlarına hücumda məsuliyyət daşıyır. Əslində bu hesabatda İranın məsuliyyət daşımasına əsla işarə olunmayıbdır.

BMT-nin Yəmən məsələləri üzrə ekspertlər komitəsinin məlumatı çərşənbə günü yayılıb. Onda bir sıra mövzulara, o sıradan Yəmənə silahın göndərilməsinə, Ərəbistanın neft təsisatlarına hücuma və Yəmənlə bağlı digər məsələlərə işarə edilib, amma onda əsla İranın adı çəkilməyibdir.

Ərəbistanın əsassız ittihamları, təcavüzkar səud koalisiyasının Yəmənin ordusu və xalq komitələri qüvvələri qarşısındakı məğlubiyyətlərini ört-basdır etmək üçün irəli sürülür.