Avq 07, 2020 21:01 Asia/Baku
  • İran və Azərbaycan daha sıx əməkdaşlıq üçün böyük iqtisadi potensiala malikdirlər – Abbas Musəvi

“İran Azərbaycan ilə həmsərhəd olduğu üçün sərhədyanı vilayətlərin iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün yeni addımlar atılmalı, iş adamlarının və şirkətlərin əlaqələrinin daha da genişlənməsi üçün tədbirlər görülməlidir. İran ilə Azərbaycan daha sıx əməkdaşlıq üçün böyük iqtisadi potensiala malikdirlər.”

SəhərAzəri İSNA-a istinadla xəbər verir, bunu İranın Xarici İşlər Nazirliyinin sabiq məktbuat katibi və Azərbaycana yeni səfir kimi təyin edilmiş diplomat Seyid Abbas Musəvi deyib.

O bildirib ki, bu potensialdan istifadə edərək ticarət dövriyyəsini artırmaq lazımdır. Dövriyyənin artması hər iki dost və qonşu dövlətlərin maraqlarına cavab verir və istehsal prosesinin sürətlənməsinə imkan yaradır.

S.A.Müsəvi nəzərə çatdırıb ki, İranın Qərbi Azərbaycan vilayəti ilə Azərbaycan arasında geniş mədəni, elmi və iqtisadi əlaqələri mövcuddur. Lakin hər iki dövlətin potensialı bu əlaqələrin daha geniş sahələri əhatə etməsinə imkan verir.

Səfir qeyd edib ki, beynəlxalq nəqliyyat marşrutlarının İran və Azərbaycan ərazilərindən keçməsi dövlətlərin iqtisadi inkişafına böyük təkan verəcək.

Teqlər