Sen 03, 2020 15:29 Asia/Baku
  • Kimin ABŞ prezidenti olacağı mühüm deyil

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İran üçün kimin Amerika prezidenti olacağı mühüm deyildir.

SəhərAzəri xəbər verir, Səid Xətibzadeh bu gün Amerika milli kəşfiyyat orqanı başçısının İranın ABŞ prezident seçkilərinə müdaxilə etməsinə dair sözlərinə cavab olaraq, sonra belə deyib: Amerikalılar bəzi ölkələrə qarşı əks-kəşfiyyat kampaniyası aparmağa adət ediblər.

Xətibzadeh söyləyib: İran İslam Respublikası doğrudan da Amerikanın daxili siyasətinə əhəmiyyət vermir. Amerikanın daxilində baş verənlər bu ölkənin xalqına aiddir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: İran üçün mühüm olan məsələ budur ki, Amerika öz beynəlxalq öhdəliklərinə əməl etsin, meydan oxumaq və qoçuluqdan əl çəksin. Bunlardan daha önəmlisi budur ki, İran xalqının hüquqlarına hörmət etsin və İran İslam Respublikasına vurduğu bütün xəsarətlərin əvəzini çıxsın.

Teqlər