Oct 01, 2019 09:55 Asia/Baku
  • Venesuelada ABŞ-ın 54 casusluq uçuşu aşkar edilib

Venesuela ordusu otuz gündə həmin ölkənin səmasında Amerikanın casusluq təyyarələrinin azı 54 uçuşunu aşkar edibdir.

Venesuelanın Bolivar silahlı qüvvələrinin strateji əməliyyat komandanlığı öz tvitter səhifəsində bu xəbəri elan edərək, vurğualyıb ki, bu miqdar təkcə sentyabr ayı ilə bağlıdır.

Bolivar silahlı qüvvələrinin əməliyyat komandanı kontr-admiral Remixio Seballosun sözlərinə görə, bu otuz gün ərzində Mayketiya uçuş kəşfiyyat bölgəsinin və digər nöqtələrin səmasında patrul keçməkdə olan Amerikanın casusluq təyyarələrinin 54 uçuşu aşkar edilib.

Venesuelanın bu yüksək rütbəli rəsminin sözlərinə görə, qeyd olunan təyyarələr arasında Amerikanın AP-3 tipli casuslqu təyyarəsi də havaya qalxıb. Bu təyyarə Venesuelanın okean bölgəsindən radio məlumatları almaqla məşğul olubdur.

Bu təyyarələr Venesuela hava müdafiə komandanlığının radarları vasitəsilə aşkar ediliblər.

Venesuela hökuməti iyulun 19-da da bildirmişdi ki, Karaib dənizinin səmasında “Lokhid AP-3” tipli bir kəşfiyyat təyyarəsinin izinə düşbdür.

Avqustun birində də Venesuela qüvvələri bildirdilər ki, Amerikanın bir casusluq təyyarəsini aşkar ediblər.

Venesuela 2019-cu ilin əvvəlindən Amerikadan asılı olan venesuelalı müxaliflərin başçısı Xuan Quaydonun hərəkətlərindən irəli gələn çaxnaşmaların və Vaşinqtonun hərbi təhdidləri və iqtisadi sanksiyalarının ardınca böhrana düçar olubdur.

Teqlər

Şərhlər