Nov 09, 2019 12:41 Asia/Baku

İran İslam Respublikasının xarici işlər naziri bildirib ki, nüvə anlaşmasının qorunması üçün müzakirə yolu açıqdır. O, deyib: İran nüvə anlaşmasına əsasən, öz hüquqlarının qorunmasına görə, öhdəliklərinin azaldılması üzrə dördüncü addımı atdı.

Məhəmməd Cavad Zərif Türkiyəyə daxil olarkən İran İslam Respublikasının nüvə öhdəliklərinin azaldılması üzrə dördüncü addımı haqda əlavə edib: Tehran bundan öncə bildirmişdi ki, əgər anlaşmanın qarşı tərəflərinin hərəkətləri nəticəyə çatmazsa, öhgəliklərin azaldılması üzrə sonrakı addımları atacaq.

İranın xarici işlər naziri əlavə edib: Tehran nüvə anlaşması çərçivəsində öz addımlarını atmaq, həmçinin Amerika tərəfindən öhdəliklərin pozulması hallarına, eləcə də avropalıların anlaşma barədəki pozuntuları və çatışmazlıqlarına cavab verməklə yanaşı, müzakirəni davam etdirəcək.

EKO iqtisadi əməkdaşlıqlar təşkilatının xarici işlər nazirləri şurasının 24-cü iclasında iştirak üçün Türkiyədə səfərdə olan Zərif deyib ki, bu iclasda təşkilatda islahatlar və Tehranda qəbul olunmuş onun 2025-ci il perspektivi barədə danışacaqlar.

 

Teqlər

Şərhlər