Apr 10, 2020 19:17 Asia/Baku
  • Çində COVID-19-la bağlı yeni yoluxma və ölüm halları
    Çində COVID-19-la bağlı yeni yoluxma və ölüm halları

Çin milli səhiyyə komissiyası bu ölkədə koronavirusa 42 yeni yoluxma və bir ölüm halından xəbər verib.

Çin milli səhiyyə komissiyası bu gün səhər bildirib ki, ötən sutka ərzində aşkar edilmiş 42 haldan 38-i xaricdən gəlib və Çinə səfər edənlərdə aşkar edilibdir.

Həmçinin ötən sutka ərzində Çində özündə gizli şəkildə koronavirus daşıyan 47 nəfər aşkar edilib. Onlar da xaricdən Çinə səfər edənlər olublar.

Statistikalar göstərir ki, Çində koronavirusa yoluxanların sayı indiyədək 81 min 907, ölənlərin sayı isə 3336 nəfərə çatıbdır.

Çin milli səhiyyə komissiyası həmçinin bildirib ki, ötən sutka ərzində daha 85 nəfərin xəstəxanadan buraxılması ilə bu ölkədə müalicə olunanların ümumi sayı 77 min 455 nəfərə çatıbdır.

ÇİNDƏ COVID-19-LA BAĞLI YENİ HALLAR QEYDƏ ALINIB

 

Teqlər

Şərhlər