Avq 13, 2020 16:47 Asia/Baku
  • İran və Azərbaycan Respublikasının energetika nazirləri məsləhətləşmə aparıblar

İran və Azərbaycan Respublikasının energetika nazirləri enerji sahəsindəki əməkdaşlıqların genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, İranın energetika naziri Rza Ərdəkaniyan və Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov keçirdləri videogörüşdə birgə layihələrin, o cümlədən iki ölkə sərhəddində yerləşən Araz çayının üzərində salınacaq "Xudafərin" və "Qız Qalası" su bəndləri və "Ordubad" su-elektrik stansiyasının icrası barədə fikir mübadiləsi aparıb, bu layihələrin icra əməliyyatlarının sürətləndirilməsi vacibliyini vurğulayıblar.

İranla Azərbaycan Respublikası sərhəddi yaxınlığında yeni bir stansiyanın birgə salınması layihəsi də iki ölkənin energetika nazirlərinin müzakirə mövzularından olubdur.

Teqlər

Şərhlər