Aug 03, 2015 08:47 Asia/Baku
  • Əmirəbdollahiyanın ekskluziv müsahibəsi
    Əmirəbdollahiyanın ekskluziv müsahibəsi

İran xarici işlər nazirinin müavini İranın xarici siyasətinin prioritetini qonşular və region ilə anlaşma adlandırıb və belə deyib: Müvəqqəti nüvə probleminin arxada qoyulmasından sonra hazırda region böhranlarından çıxmaq üçün bütün region ölkələrinin qarşısında münasib fürsət yaranıbdır.

Hüseyn Əmirəbdollahiyan bazar günü Əlaləm informasiya kanalı ilə eksklüziv müsahibədə deyib: İran 5+1 qrupu ölkələri ilə sırf olaraq, nüvə məsələsi haqda danışıb və İranın Xarici İşlər Nazirliyi altılıq ölkələri ilə region məsələləri barədə müzakirə üçün heç bir göstərişə malik deyildi, zira İran bu qənaətdədir ki, region məsələləri region ölkələriniz özlərinə aiddir.
İran xarici işlər nazirinin müavini Ərəbistan ilə hazırkı əlaqələr barədə də deyib: Ərəbistanın region problemlərinin, xüsusən Yəmən probleminin həlli üçün gücdən istifadə etməsi strateji bir xətadır, lakin bununla belə, bu qənaətdəyik ki, Tehran-Ərriyad əlaqələri təbii və qəbulediləsi bir əlaqəyə qayıtmalıdır.
Əmirəbdollahiyan vurğulayıb ki, Ərəbistan gözüaçıqlıqla hərəkət etməli və region xalqları, xüsusən Yəmən xalqının qırğın edilməsini dayandırlmalı və bütün regional işlərdə siyasi münasibətə üz tutmalıdır.
İran xarici işlər nazirinin müavini həmçinin Bəhreynin İrana qarşı ittihamlarını, o sıradan Bəhreynə silah qaçağı ittihamını rədd edərək, deyib: Əgər İran Bəhreynə müdaxilə etmək istəsəydi, indi Bəhreynin vəziyyəti ayrı cür olardı.
İran xarici işlər nazirinin müavini Suriya böhranı ilə bağlı son durum haqda da deyib: Xoşbəxtilikdən, regional oyunçuların baxışında Suriya ilə bağlı strateji bir dəyişiklik baş verib; əgər ötən dörd ildə bir çox xarici oyunçu müharibəyə əl atmanı Suriya böhranının həll yolu bilirdisə, hazırda oyunçuların böyük bir hissəsi siyasi həll yolu üzərində təmərküzləşməni Suriya böhranının həlli üçün ən münasib yol bilir.
O, həmçinin Türkiyənin İŞİD-ə və PKK-ya qarşı son hərəkətləri haqda söyləyib: Türkiyənin təhlükəsizliyi İran üçün mühümdür, amma İran Türkiyənin qonşularının hakimiyyətinə təcavüzlə nəticələnəcək hərəkətləri himayə etmir.
Əmirəbdollahiyan çıxışının digər bir hissəsində deyib: Livanda 33 günlük müharibə, Qəzzədə 22, 8 və 51 günlük savaşlar göstərdi ki, sionist rejim özünün ən zəif vəziyyətindədir və bu rejim başçılarının bir çox ifadələri həmin rejimin zəifliyi, qorxusu və nigarançılığından irəli gəlir.
İran xarici işlər nazirinin müavini İran-Misir əlaqələrinə də toxunub: İran-Misir əlaqələri nə irəliləyişə, nə də ki, geriləməyə malik olubdur, amma İran daim Misirlə davamlı və səmərəli əlaqələrin qurulmasını alqışlayıbdır.

Teqlər

Şərhlər