• İnqilab Rəhbəri Gülüstan vilayətindəki mədən hadisəsilə bağlı başsağlığı veriblər
    İnqilab Rəhbəri Gülüstan vilayətindəki mədən hadisəsilə bağlı başsağlığı veriblər

İslam İnqilabının Böyük Rəhbəri bir müraciətdə Gülüstan vilayətindəki bir mədəndə baş vermiş partlayış hadisəsində bir qrup insanın həlak olması münasibətilə başsağlığı verib və vurğulayıblar ki, mədəndə problemlə üzləşənlərin nicatı üçün bütün mümkün addımlar atılmalıdır.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün bu müraciətdə belə qeyd ediblər: Bir qrup zəhmətkeş mədənçinin həlak olduğu, digər bir qrup mədənçinin də problemlə üzləşdiyi Gülüstan vilayətindəki mədəndə baş vermiş ürəkağrıdıcı və müsibətli hadisə məni son dərəcə kədərləndirdi.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin Gülüstan vilayətindəki mədəndə problemlə üzləşənlərin nicatı üçün bütün mümkün addımların atılmasını vurğulayaraq, onların ailələri üçün səbir və rahatlıq, problemlə üzləşənlər üçün isə ilahi nicat diləyiblər.

Dünən İranın Gülüstan vilayətinin Azadşəhr şəhərindəki "Zemestan Yurt" daş kömür mədənində baş vermiş partlayış hadisəsi nəticəsində indiyədək 22 mədənçi həlak olub, 70-dən çox insan da yaralanıbdır.

Deyilənlərə görə, daha 35 digər mədənçi də bu hadisədə problemlə üzləşibdir ki, onların xilas edilməsi əməliyyatı davam edir.

May 04, 2017 13:03 Asia/Baku
Şərhlər