Rezayi: İran xalqı Hörmüz boğazındakı xidmətlərin xərcini ödəməməlidir
https://azeri.sahartv.ir/news/İran-i422978-rezayi_İran_xalqı_hörmüz_boğazındakı_xidmətlərin_xərcini_ödəməməlidir
General Möhsün Rezayi bildirib ki, İran xalqı Hörmüz boğazında digər ölkələrə göstərilən xidmətlərin xərcini ödəməməlidir.
(last modified 2026-06-27T07:03:21+00:00 )
İyun 27, 2026 11:01 Asia/Baku

General Möhsün Rezayi bildirib ki, İran xalqı Hörmüz boğazında digər ölkələrə göstərilən xidmətlərin xərcini ödəməməlidir.

8 illik Müqəddəs Müdafiə dövründə SEPAH-ın baş komandanı olmuş general-leytenant Möhsün Rezayi ABŞ-ın "News Nation" kanalına verdiyi müsahibədə deyib: "Hörmüz boğazının ABŞ hökuməti ilə heç bir əlaqəsi yoxdur, bu, iki regional ölkəyə aid bir məsələdir və bütün dünya ondan istifadə edir."

General-leytenant Rezayi əlavə edib ki: "Biz bu boğazın sahibiyik və amerikalıların müdaxiləsinə icazə vermirik. İran son 47 il ərzində Hörmüz boğazı ilə bağlı nəcabətli davranıb."

Keçmiş SEPAH komandanının sözlərinə görə: "Ətraf mühit məsələləri, boğazın təhlükəsizliyi və sığorta məsələləri İran üçün xərc təşkil edir ki, bu xərcləri boğazdan faydalananlar ödəməlidirlər; bu xərclərin İran vətəndaşlarının cibindən ödənilməsi təvəqqe edilməməlidir".