May 28, 2017 12:40 Asia/Baku
  • İki iranlı sərhədçi şəhid edilib
    İki iranlı sərhədçi şəhid edilib

Urmiyədə sərhədçilər ilə terrorçu "Pejak" qruplaşması arasında çıxan toqquşmada iki iranlı sərhədçi şəhid olub.

Qərbi Azərbaycan sərhəd qoşunları komandanı general İzzətullah Rəşidiyan İRİB-yə verdiyi müsahibədə deyib: şənbə günü 17:50 dəqiqədə Urmiyə sərhəd qoşunlarının patrul dəstəsi sərhəd zolağında patrul xidməti zamanı "Pejak" terror qruplaşmasının üzvləri ilə qarşılaşıb. İki tərəf arasında çıxan toqquşmada 2 sərhədçi şəhid olub, daha 2 sərhədçi də yaralanıb.

Baş vermiş toqquşmada bir neçə terrorçunun yaralandığını və hazırda onların təqibə alındığını deyən general Rəşidiyan hadisə ilə bağlı daha artıq və dəqiq məlumatın rəsmi mənbələr tərəfindən medialaşdırılacağını bildirib.

Teqlər